Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib - Video

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib - Video

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib - Video
2025-06-12 , 17:09

Bakının Nizami rayonunda yerləşən Şahin Abbasov adına uşaq bağçasında antisanitar vəziyyət hökm sürür.

“Qafqazinfo” xəbər verir ki, bağçada siçovullar masaların üzərində və yataq otaqlarında gəzir, mətbəx və sanitar qovuşaqda natəmiz vəziyyət yaranıb.
Bağçadakı vəziyyətdən valideynlər də narahatdır:
“Qapısı, istilik sistemi yoxdur. Evdən elektrik sobası gətirib qoymuşam ki, uşaqlar istilik sistemi ilə təmin olunsun”.
Təhsil müəssisəsinin azyaşlı sakinləri də dəfələrlə gəmiricilərlə rastlaşdıqlarını bildirirlər.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, sözügedən uşaq bağçasında infrastrukturun yenilənməsi ilə bağlı aidiyyəti üzrə müraciət olunub. Məsələnin həlli istiqamətində müvafiq işlərin görülməsi nəzərdə tutulur.
Ətraflı ARB-nin videomaterialında:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.