Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Geniş islahatlara başlanılıb”

“Geniş islahatlara başlanılıb”

“Geniş islahatlara başlanılıb”
2025-06-15 , 13:41

“Dövlət maliyyəsinin daha səmərəli idarəolunması və büdcə prosesinin təkmilləşdirilməsi istiqamətində Maliyyə Nazirliyində müvafiq işçi qrupları yaradılıb və geniş islahatlara başlanılıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. 
“İslahat proqramı çərçivəsində dövlət büdcəsinin gəlir və xərclərinin təhlili, optimallaşması, dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, mühasibat uçotu sahələrində təkmilləşdirmə tədbirlərinin görülməsi, rəqəmsal idarəetmə və müasir elektron həllərin büdcə prosesində tətbiqi imkanları təmin olunacaq. Bildirilən rəy və təkliflərə aparılan islahatlar çərçivəsində bir daha baxılacaq”, - deyə nazir qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.