Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sumqayıtlı gənc Türkiyədə ilkə imza atıb

Sumqayıtlı gənc Türkiyədə ilkə imza atıb

Sumqayıtlı gənc Türkiyədə ilkə imza atıb
2025-06-17 , 06:51

Sumqayıt məktəbinin məzunu ilkə imza atıb. 

Murad Kərimzadə Türkiyədə təşkil olunan beynəlxalq ixtisasartırma proqramında uğurla iştirak edərək Bitki Islahçıları Alt Birliyi BISAB tərəfindən sertifikatla təltif olunan ilk azərbaycanlı tələbə olub.

Murad hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin “Bitkilərin toxumçuluğu” ixtisaslaşması üzrə I kurs magistrantıdır. O, fevralın 10-dan avqustun 31-dək Türkiyənin Antalya şəhərində yerləşən Batı Akdeniz Araşdırma İnstitutu və Akdeniz Universitetində keçirilən intensiv təlim proqramında bilik və bacarıqlarını daha da təkmilləşdirməkdədir.

Proqram Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin nəzdində fəaliyyət göstərən BISAB tərəfindən həyata keçirilir və bitki seleksiyası və toxumçuluq sahəsində fəaliyyət göstərmək istəyən mütəxəssislər üçün rəsmi və məcburi təlim statusuna malikdir.

Kursun sonunda təqdim edilən BISAB sənədi Türkiyə ərazisində rəsmi şəkildə bitki seleksiyası və toxum satışı hüququ verən hüquqi sənəd hesab olunur.

Qeyd edək ki, Kərimzadə Murad bu proqramda iştirak edəcək və onu tam şəkildə bitirəcək ilk azərbaycanlı tələbədir. O, Sumqayıt şəhər 21 nömrəli məktəbi bitirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.