525 saylı marşrutda biabırçı vəziyyət - Video-Yenilənib

Bakının mərkəzində fəaliyyət göstərən və əksər qəsəbələrə işləyən marşrut avtobusları müasirləşdirilsə də, paytaxtın mərkəzindən Masazıra və geriyə sərnişin daşıyan 525 saylı marşrutda acınacaqlı vəziyyət hələ də davam edir.
İritutumlu avtobusun təhlükəli vəziyyətdə idarə edilməsini əks etdirən görüntülərdən nəqliyyat vasitəsinin döşəməsinin dağıldığı, mühərrikin tüstüsünün avtobusun içərisinə dolduğu və sərnişinlərin sağlamlığını təhlükəyə atdığı aydın görünür.
Masazır sakinləri bildirir ki, avtobusların dəyişdirilməsi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Belə ki, xətt üzrə avtobusların yararsız halda olması səbəbindən tez-tez yolda qalması, eləcə də isti günlərdə kondisionerin işləməməsi insanların etirazına səbəb olur.
***
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, 525 nömrəli marşrutun istismarçısına parkın yenilənməsi ilə bağlı tapşırıq verilib: “Yaxın günlərdə xətdə fəaliyyət göstərən avtobusların yenilənməsi nəzərdə tutulub”.
OXŞAR XƏBƏRLƏR