“Face studio”nun sahibi uşağını anasından aldadaraq alıb? - Yenilənib
Bir müddət əvvəl “Face studio” gözəllik salonlarının və paytaxtdakı bəzi restoranların sahibi, iş adamı Rüfət Bədirov rəssam olan həyat yoldaşı Fidan Həsənovadan boşanıb.
Belə ki, mediasiya mərhələsində barışıq sənədi imzalayan F. Həsənova övladının ondan alınmasına dair sənəddə aldadıldığını bildirib. Onun sözlərinə görə, Azərbaycan dilini yaxşı bilməməsindən istifadə olunub və 9 saylı Mediasiya təşkilatının (mediator Mehriban Qafarova) tərtib etdiyi barışıq sazişində aldadılaraq azyaşlı övladının atasında qalması barədə razılaşmanı imzalayıb.
Fidan Həsənova bildirib ki, məsələ ilə bağlı Xətai Rayon Məhkəməsi qarşı tərəfin lehinə qərar çıxarıb. Apellyasiya instansiyası da bu qərarı qüvvədə saxlayıb. Hazırda şikayət Ali Məhkəmədədir və yekun qərar orada veriləcək.
Məsələnin maraqlı tərəflərindən biri də mediasiyada imzalanan barışıq müqaviləsində anaya aylıq 10 min manat aliment təyin edilməsi ilə bağlıdır. F. Həsənova bu məsələdə də aldadıldığını deyir.

Fidan Həsənova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, imzalanmış müqavilə üzrə Rüfət Bədirov ona 3 ay müddətində hər dəfə 10 min manat olmaqla ödəniş edib: “İki ildir ki, bizim mübahisəmiz davam edir. Müqavilə bağlanan vaxtdan uşaq mənimlədir və mənimlə yaşayır. Hazırda məhkəmə prosesinin son mərhələsi gedir. Bu günədək bütün mərhələləri mən uduzmuşam, lakin övladımın mənə verilməməsi ilə bağlı heç bir tutarlı əsas yoxdur. Sadəcə mediasiyada məni aldadaraq imzalatdırdıqları müqavilə əsas götürülərək uşaq ataya verilir. Halbuki mənim hüququm var ki, müraciət edərək həmin müqaviləni ləğv etdirim”.
Şikayətçinin sözlərinə görə, bir il yarımdan çoxdur imzalanmış müqavilə üzrə ona ödənilməli olan aylıq 10 min manatlıq alimenti ala bilmir və bununla bağlı da Xətai Rayon Məhkəməsinə müraciət edib: “Lakin məhkəmədə qaldırdığım mülki iddia heç icraata qəbul edilməyərək rədd edildi”.
Rüfət Bədirov isə “Qafqazinfo”ya açıqlamasında məsələnin hüquqi müstəvidə həll olunacağını və hazırda məhkəmə prosesinin davam etdiyini söyləyib.
***
Rüfət Bədirovun vəkili Ceyhun Yusifov “Qafqazinfo”ya açıqlamasında Fidan Həsənovanın iddialarını təkzib edib.
Vəkilin sözlərinə görə, qarşı tərəfin səsləndirdiyi fikirlər heç bir hüquqi əsasa söykənmir və şər-böhtan xarakteri daşıyır.
“Bu gün Ali Məhkəmə də şikayətlə bağlı son qərarını verib. Apellyasiya instansiyasının qərarı qüvvədə saxlanılıb. Bu da o deməkdir ki, Fidan Həsənovanın şikayəti ən yüksək məhkəmə instansiyası tərəfindən də əsassız hesab olunub.
Tərəflər arasında bağlanmış müqavilə hüquqi baxımdan tam düzgün tərtib edilmişdi. Bu baxımdan qərarın bizim xeyrimizə olacağına inanırdıq. Məhkəmələr də bu mövqeyi təsdiqlədi”, - C.Yusifov əlavə edib.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Siyahı
“TikTok”da təhqir olunan şəxs hara müraciət etsin?
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55