Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ustaların başına daş töküldü, işlərini yarımçıq qoyub getdilər – Yasamal sakinləri QORXU içində

Ustaların başına daş töküldü, işlərini yarımçıq qoyub getdilər – Yasamal sakinləri QORXU içində

Ustaların başına daş töküldü, işlərini yarımçıq qoyub getdilər – Yasamal sakinləri QORXU içində
2025-07-15 , 14:32

Yasamal rayonu, İnşaatçılar prospekti, 31 ünvanında yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə şikayət ərizəsi ünvanlayıblar.

Belə ki, binanın pilləkənləri qəzalı vəziyyətdədir və vətəndaşlar özlərini daim təhlükə altında hiss edirlər.
“Neçə ildir ki, əziyyət çəkirik. Qorxa-qorxa düşüb-çıxırıq. Yağış, külək olanda daha çox daş tökülür. Deyirlər ki, təmir edin. Ustalar düzəltməyə gəlmişdilər, başlarına daş töküldü deyə işlərini yarımçıq qoyub getdilər”, – deyə sakinlərdən biri narazılığını dilə gətirib.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, bina Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında deyil, kooperativ binadır və sakinlər qəzalı vəziyyətdə olan pilləkənləri öz vəsaitləri hesabına təmir etməlidirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.