Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Vergi borclarını ödəmədiyi halda paytaxtın ən böyük daşıyıcısına çevrilib

Vergi borclarını ödəmədiyi halda paytaxtın ən böyük daşıyıcısına çevrilib

Vergi borclarını ödəmədiyi halda paytaxtın ən böyük daşıyıcısına çevrilib
2025-07-17 , 13:37

Mətbuatda yer alan məlumata görə, iyulun 20-dən Binəqədi qəsəbəsi Cəfər Cabbarlı küçəsi ilə “Memar Əcəmi” metrostansiyasını birləşdirən 170 saylı müntəzəm marşrut xətti üzrə “Xaliq Faiqoğlu” MMC (VÖEN - 1000947231) sərnişinlərə xidmət göstərəcək.

Yeniavaz.com xəbər verir ki, “Xaliq Faiqoğlu” MMC Bakı şəhərinin ən böyük özəl daşıyıcı şirkəti olsa da, bu şirkətə rəhbərlik edən, tanınmış sahibkar Faiq Seyidovun qanuni təmsilçi olduğu “Xaliq Faiqoğlu Şirkəti” MMC-nin (VÖEN - 1003285511) dövlət büdcəsinə 48 min 975 manat vaxtında ödənilməyən vergi borcu var.
Qeyd edək ki, daha əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Xaliq Faiqoğlu” MMC-yə qarşı vergi məsələləri üzrə mübahisələrlə bağlı məhkəmə iddiası qaldırıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.