Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə 847 min AZN-lik sifariş verdi

Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə 847 min AZN-lik sifariş verdi

Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə 847 min AZN-lik sifariş verdi
2025-07-21 , 18:16

Dövlət Turizm Agentliyi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən jurnalistlər, blogerlər və turizm şirkətlərinin nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınmasına dair tenderin nəticəsini açıqlayıb.

Tribunainfo.az 32gun.az-a istinadən xəbər verir ki, qalib “VEGA TRAVEL MANAGEMENT” MMC olub. Tərəflər arasında  847.319,06 manatlıq  müqavilə bağlanacağı gözlənilir.
Bu şirkətin qanuni təmsilçisi Əmrah Rəhimli Natiq oğludur. Şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır.
Qeyd edək ki, Agentliyin sədri Fuad Nağıyevdir. Prezident İlham Əliyev bu il martın 4-də imzaladığı sərəncamla ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət vermişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.