Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Prokuror "Roşka"ya ittiham elan etdi 

Prokuror "Roşka"ya ittiham elan etdi 

Prokuror
2025-07-22 , 17:29

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Yenilik.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Roman Ələkbərlinin sədirliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə ittiham aktını elan edib.
Daha sonra Rəşad Süleymanova sərbəst ifadə üçün söz verilib.
Məhkəmənin növbəti baxışı qeyri-müəyyən vaxta təyin edilib
Qeyd edək ki, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvarında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.