Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » 500 min evin aqibəti necə olacaq?

500 min evin aqibəti necə olacaq?

500 min evin aqibəti necə olacaq?
2025-07-23 , 23:30

Azərbaycanda sənədsiz 500 min evin aqibəti ilə bağlı məsələyə aydınlıq gətirilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib.
Onun bildirdiyinə görə, sözügedən fərman 100 minə yaxın sənədsiz evin rəsmiləşdirilməsinə imkan yaradır: “Ölkədə sənədsiz evlərlə bağlı amnistiya xarakterli sənədlər daim olub. Bu fərman da bariz nümunədir. Lakin yerdə qalan sənədsiz evlər təəssüf ki, ya yüksəktəzyiqli qaz xətlərinin, neft-boru kəmərlərinin, yüksəkgərginlikli elektrik xətlərinin mühafizəsində tikilib və ya zəbt olunaraq hər hansı sənəd olmadan tikilən evlərdir. Onlarla bağlı yanaşma fərqli olmalıdır”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.