Əliyevlə Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin açılışında iştirak etdi - Fotolar+Yenilənib
Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış etdiblər.
Sonra videobağlantı formatında İğdır-Naxçıvan qaz kəmərinin açılışı olub.
***
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli Cümhurbaşqanı, əziz Qardaşım.
Hörmətli mərasim iştirakçıları.
Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür – İğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir. Burada deyildiyi kimi, Naxçıvanda hörmətli Cümhurbaşqanı ilə birlikdə bir il yarım bundan öncə biz bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl mərasimdə iştirak edirik.
Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular.
Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir.
Bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir.
Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır.
Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi.
Bugünkü mərasim bir daha Türkiyə-Azərbaycan birliyini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür. Əminəm ki, Naxçıvanda yaşayan 500 minə yaxın soydaşımız bu gün gözəl Ramazan ayında bu mərasimi də bayram kimi qeyd edəcək. Bütün bu işlərdə iştirak etmiş yoldaşlarımıza, dostlarımıza öz adımdan təşəkkürümü bildirirəm. İnşaat işləri qısa müddət ərzində, cəmi bir ildən bir qədər çox çəkdi və biz artıq bu gözəl mərasimdə iştirak edirik.
Bir daha hər birimizi, Türkiyəni və Azərbaycanı bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, xalqlarımıza, dövlətlərimizə yeni uğurlar diləyirəm. Sağ olun.
Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı
-Əziz Qardaşım Prezident İlham Əliyev.
Hörmətli nazirlər, hörmətli qonaqlar.
Sizləri ən səmimi duyğularımla, sevgi ilə salamlayıram.
Qardaşım Azərbaycan Prezidenti cənab İlham Əliyevi Türkiyədə qəbul etməkdən böyük məmnunluq duyduğumu xüsusilə ifadə etmək istəyirəm. Ona və dəyərli nümayəndə heyətinə Ankaramıza “Xoş gəldiniz!” deyirəm.
Hazırda qarşımda bu işlərdə əməyi olan fəhlə və mühəndis qardaşlarımız var. İnşallah, çıxışlarımızı bitirdikdən sonra onlarla birlikdə Türkiyə və Azərbaycan üçün ayrıca xatirə şəkillərimizi çəkdirəcəyik.
Dəyərli qardaşımın və nümayəndə heyətinin timsalında Azərbaycan xalqının mübarək Ramazan ayını ürəkdən təbrik edirəm. “Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik. Ölkələrimiz arasındakı münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir. Şübhəsiz ki, bu əməkdaşlıqlarımız arasında bir çox layihə ilə taclandırdığımız enerji sektoru başda yer alır. Bəzilərinin xəyal hesab etdiyi Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri kimi, “Şahdəniz” yatağının və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərinin istismara verilməsi ilə enerji əməkdaşlığımızı daha irəliyə aparmağa nail olduq. Anadoludan keçən təbii qaz boru kəməri – TANAP vasitəsilə böyük miqdarda Azərbaycan qazının Avropaya çatdırılmasının sevincini yaşayırıq. Bu sahədə strateji və qeyri-adi layihələri həyata keçirməkdə Can Azərbaycan ilə tam uzlaşma içərisindəyik.
Bu gün İlham qardaşımla birlikdə bu əməkdaşlığa yeni bir layihəni də əlavə etməkdən böyük məmnunluq duyuruq. Bir azdan açılışını edəcəyimiz İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq. BOTAŞ tərəfindən inşa edilən 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək. Beləliklə, Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təmin edəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq.
Fürsətdən istifadə edərək, bunu da demək istəyirəm ki, Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik.
6 fevral zəlzələləri başda olmaqla, ən çətin günlərimizdə necə ki, Can Azərbaycanı yanımızda gördüksə, biz də qardaşlarımızın ehtiyac duyduğu hər an yanlarında olacağıq. İnşallah, Naxçıvanla elektrik əlaqələrimizin də gücləndirilməsi ilə bu prosesi davam etdirəcəyik.
Bu hisslərlə bugünkü mərasimimizin Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirəcəyinə inanıram. Bu mühüm layihənin həyata keçirilməsinə töhfə verən hər kəsi, bütün qurumlarımızı diqqətlərinə görə, istər işçisi, istərsə də mühəndisi olmaqla, əməyi keçən bütün şəxsləri təbrik edirəm. Rəbbim birliyimizi, həmrəyliyimizi, sevgimizi daimi etsin. Layihənin bütün bölgə üçün xeyirli olmasını arzu edirəm.
İlham qardaşıma səfərə görə xüsusilə şəxsən öz adımdan, ailəm adından və millətim adından təşəkkürümü bildirirəm.
***
Çıxışlardan sonra videobağlantı formatında İğdır-Naxçıvan qaz kəmərinin açılışı oldu.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov və qardaş ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İğdırda qaz kəmərini işə saldılar.
Sonda xatirə fotosu çəkdirildi.















OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Əliyev və Ərdoğan Iğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında iştirak ediblər
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNDİ
İlham Əliyev “Euronews”a müsahibə verib - Video
Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib - FOTO - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNDİ
Prezident İlham Əliyev: "Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür"
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
İlham Əliyev Prezidentin Laçın üzrə xüsusi nümayəndəsini qəbul etdi
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Azərbaycanda vəkilliyin inkişafı “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu – 25 il
Bu futbolçular millinin heyətindən çıxarıldı - FOTO 2026-06-06 , 14:13
Bəzi vəkillərin fəaliyyətinə xitam verildi 2026-06-06 , 14:12
"Bacım dünyaya gəldi və biz kasıbçılıqdan çıxdıq" 2026-06-06 , 14:08
"Qızlarım onu məndən çox istəyir" - VİDEO 2026-06-06 , 14:04
ANS-dən astrologiyaya: Azərbaycanlı jurnalistdən QALMAQALLI müsahibə 2026-06-06 , 13:52
“Faciə etməyin, elə bilin bir külək idi, gəldi keçdi” - Vüqardan cavab 2026-06-06 , 13:44
Hər kəs 53 yaşlı Tarkanın bu görüntülərindən danışır - FOTOLAR 2026-06-06 , 13:41
Aparıcı və müğənni üz-üzə gəldi: “Məni ciddiyə almırsınızsa, mən də sizi ciddiyə almıram” 2026-06-06 , 13:40
Gənclər və İdman Nazirliyi 55 minlik gül alır 2026-06-06 , 13:38
"O kişilər pozğundur" 2026-06-05 , 22:37
Xamenei 2 min məhbusu ƏFV ETDİ 2026-06-05 , 22:36
Mehriban Əliyeva Azərbaycan millisini TƏBRİK ETDİ 2026-06-05 , 22:35
“Özümü 35 yaşında hiss edirəm”- Fatimə Fətəliyeva 2026-06-05 , 22:33
Əməkdar artist: “Kaş ailəmi qoruya biləydim” 2026-06-05 , 22:32
Cərrah Mübariz Məmmədli Səhiyyə Nazirliyini məhkəməyə verdi 2026-06-05 , 22:31
Turaldan cəriməyə etiraz: "Maşını xətkeşlə sürmək lazımdır?" 2026-06-05 , 08:06
Oğluna dördüncü dəfə Laçında toy etdi 2026-06-05 , 08:03
Misir Mərdanovun adından saxta elanlar yayıldı 2026-06-05 , 08:01
Ürəkbulandıran mənzərə: "№1 Çörək Zavodu" şirniyyatı niyə belə vəziyyətdədir? - VİDEO 2026-06-05 , 07:59
Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir - Putin 2026-06-05 , 07:58
"Bəzənib cəmiyyət içinə çıxan əxlaqsız olur?" - Aktrisa (VİDEO) 2026-06-05 , 07:57
Putindən şok: Ukraynaya güzəştə getməyə hazırıq! 2026-06-05 , 07:54
Mask planetin ilk trilyonçusu olacaq 2026-06-05 , 07:53
Vladimir Putin İlham Əliyevə təşəkkür etdi 2026-06-05 , 07:52
“Elə kişi ilə 1 gün də YAŞAMARAM” - Aygün Şükürova 2026-06-05 , 07:48
Rəqsanə Tacirin gəlininə bahalı üzük hədiyyə etdi - VİDEO 2026-06-04 , 18:54
Tacir Şahmalıoğlundan gündəm olan geyimi ilə bağlı yeni açıqlama 2026-06-04 , 18:51
Leyla və Arzu Əliyevalar internat tipli ümumtəhsil məktəbində - Fotolar 2026-06-04 , 18:48
Cəmilə Tağızadə tanınmış mağazadan narazı qaldı: “Məni məyus etdiniz” 2026-06-04 , 18:47
Nüşabə biznesmen OLDU 2026-06-04 , 18:47
Nura Suri də şəhid xanımından yazdı: “Kart niyə anada idi?” 2026-06-04 , 18:46
Müğənnilərin toy qiymətləri müzakirə yaratdı – Əməkdar artistlərdən açıqlama 2026-06-04 , 18:43
Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş 2026-06-04 , 18:42
Kəmalə Günəşlidən oğlu ilə bağlı SƏRT AÇIQLAMA: "Danışmağa ixtiyarı yoxdur" - VİDEO 2026-06-04 , 18:36
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir” 2026-06-04 , 18:19
“Namus məsələsidirsə, qızımı öldürəndən sonra kartı niyə götürüb?” 2026-06-04 , 18:18
Xoşqədəmdən sərt sözlər: “Belə insanlarla əlaqəni kəsmək lazımdır” 2026-06-04 , 18:16
Mehriban Abasquliyeva məhkəmə zalında həbs edildi 2026-06-04 , 18:15
İsfəndiyar Axundovun adı yenə GÜNDƏMDƏ 2026-06-03 , 16:27
Zeynəb Xanlarova uzun aradan sonra belə görüntüləndi - FOTO 2026-06-03 , 16:26
Hiss Saçlarını qırxdırıb bu hala qoydu - Fotolar 2026-06-03 , 16:22
Əli Əhmədovun baş həkim təyin edilən oğlu ilə bağlı yeni detal üzə çıxdı 2026-06-03 , 16:15
Nəsrin botoks iddialarına cavab verdi 2026-06-03 , 16:06
Tanınmış aparıcı “Space”dəki işindən ÇIXARILDI 2026-06-03 , 16:03
Botoks etdirən qadının üzü bu hala düşdü – Foto 2026-06-03 , 15:55
Mehriban Abasquliyeva xəstəxanaya yerləşdirildi 2026-06-03 , 15:53
Xamenei və Tramp görüşəcək 2026-06-03 , 15:52