Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bu direktor da səs yazısına görə işdən çıxarıld

Bu direktor da səs yazısına görə işdən çıxarıld

Bu direktor da səs yazısına görə işdən çıxarıld
2025-08-04 , 14:38

Ötən günlərdə mətbuatda Ucar rayonu Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçasında baş verən neqativ halla bağlı səs yazısı yayılıb.

Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, araşdırma aparılıb və fəaliyyətində yol verdiyi nöqsanlara görə sözügedən bağçanın müdiri səlahiyyətlərini müvəqqəti icra edən, həmçinin Ucar rayonu Yuxarı Şilyan kənd tam orta ümumtəhsil məktəbinin direktoru Emin Orucov tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, həmin uşaq bağçasında tərbiyəçi müəllim kimi çalışan Şəbnəm İsayeva Emin Orucov tərəfindən saxtakarlığa təhrik edildiyini, ondan məktəbəqədər təhsil müəssisəsinə gələn uşaqların sayını artıq yazmağı tələb etdiyini bildirmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.