Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “3-4 gün meyitlə bir evdə qalıblar” – VİDEO

“3-4 gün meyitlə bir evdə qalıblar” – VİDEO

“3-4 gün meyitlə bir evdə qalıblar” – VİDEO
2025-08-05 , 18:43

Paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli binanın sakinləri qonşularının yaratdığı antisanitar vəziyyətdən şikayətçidir.

Sakinlər 5-ci mərtəbədə yaşayan və psixi problemləri olan qadının mənzilindən yayılan pis qoxu və tullantıların artıq bütün bloku cənginə aldığını deyir.
Onların sözlərinə görə, illərlə müxtəlif qurumlara müraciət etsələr də, problem həllini tapmayıb:
“Nəcislərini blokun qabağına atırlar. Qardaşları dünyasını dəyişəndə 3-4 gün meyitlə evdə qalıblar. Qonşular xəbər tutandan sonra onu dəfn etdilər”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, sözügedən yaşayış binasında antisanitar vəziyyət yaradan şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunauyğun tədbirlər görülür.
Ətraflı “Baku TV”nin reportajında:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.