Daha bir tanınmış cərrah əməliyyatını açıq şəkildə PAYLAŞDI – Araşdırma BAŞLADI – FOTOFAKT
Son vaxtlar bəzi həkimlərin, xüsusilə də cərrahların əməliyyat proseslərini sosial şəbəkələrdə paylaşması cəmiyyət arasında geniş müzakirələrə səbəb olub. Bəziləri bunu tibbin şəffaflaşması və maarifləndirici addım kimi dəyərləndirsə də, digərləri bu cür paylaşımların pasiyent hüquqlarını və tibbi etikanı poza biləcəyini düşünür. Mütəxəssislər isə bildirirlər ki, əməliyyat görüntülərinin ictimaiyyətlə paylaşılması yalnız xəstənin yazılı razılığı və etik çərçivə daxilində mümkündür.
Sözügedən paylaşım ictimaiyyətdə narahatlıq doğurub.
Məsələ ilə bağlı əvvəlcə cərrahın özü ilə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında etdiyi paylaşımla bağlı özünə belə haqq qazandırıb:
“Canlı yayım açmıram, sadəcə əməliyyatları paylaşıram. Paylaşımlarımla bağlı Səhiyyə Nazirliyi tərəfindən heç bir qadağa qoyulmayıb. O videoların heç birində qanunazidd görüntülər yoxdur. Əməliyyatların gedişidir və həkimlər də, tələbələr də o əməliyyatlara baxıb bəhrələnirlər. Kimsə, konkret olaraq mənə nəsə irad bildirməyib. Canlı açmaq olmaz sadəcə”, – deyə Zahid Zahidov bildirib.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə məsələnin nəzarətə götürüləcəyi və araşdırılacağı bildirilib:
“Hadisə araşdırılacaq və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, – deyə qurumdan bildirilib.
Azərbaycan qanunvericiliyinə və Səhiyyə Nazirliyinin etik qaydalarına görə, pasiyentin razılığı olmadan onun tibbi məlumatlarının və görüntülərinin yayılması qanun pozuntusu sayılır və intizam və ya hüquqi məsuliyyətə səbəb ola bilər.
Paylaşım üçün xüsusi şərtlər var ki, onlardan ən əsası xəstənin yazılı razılığı olmalıdır. Belə ki, əməliyyat prosesi və ya nəticələri xəstənin kimliyini göstərməsə belə, hüquqi cəhətdən bu görüntülərin paylaşılması üçün açıq və yazılı razılıq tələb olunur.
Bundan əlavə məxfiliyə riayət edilməlidir. Yəni, pasiyentin üzü, adı, soyadı, hətta bədənindəki fərqləndirici izlər belə kadra düşürsə, bu artıq məxfi tibbi informasiya sayılır və yayılması qanunsuzdur. Həmçinin etik normalar pozulmamalıdır. Həkim əməliyyatı şouya çevirməməli, insan bədəni üzərində aparılan tibbi müdaxilə hörmət və peşəkarlıq çərçivəsində təqdim edilməlidir.




OXŞAR XƏBƏRLƏR

Cərrahi əməliyyat otaqlarında şou: cəzalar niyə nəticə vermir?
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
İcbari Tibbi Sığorta Fondunda ciddi nöqsanlar AŞKARLANDI
Qadağa tanımayan “CƏRRAH”LAR – Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55