Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mərkəzi Bank daha bir vəzifəli şəxsi cərimələyib

Mərkəzi Bank daha bir vəzifəli şəxsi cərimələyib

Mərkəzi Bank daha bir vəzifəli şəxsi cərimələyib
2025-09-10 , 16:33

Azərbaycan Mərkəzi Bankı (AMB) "SF Azerbaijan" MMC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib.Yenisabah.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanununun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb. Nəticədə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, "SF Azerbaijan"ın vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.