Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Dövlət bağçaları ilə bağlı narazılıq artır – Niyə özəldə var, onlarda yoxdur?!

Dövlət bağçaları ilə bağlı narazılıq artır – Niyə özəldə var, onlarda yoxdur?!

Dövlət bağçaları ilə bağlı narazılıq artır – Niyə özəldə var, onlarda yoxdur?!
2025-09-12 , 13:07

Son zamanlar valideynlərdən redaksiyamıza daxil olan müraciətlərdə dövlət uşaq bağçalarında kamera izləmə sistemlərinin ümumiyyətlə quraşdırılmaması ilə bağlı narazılıqlar ifadə olunur. Valideynlərin sözlərinə görə, övladlarının təhlükəsizliyi və gündəlik fəaliyyəti ilə bağlı şəffaflıq təmin edilmir. Halbuki bir çox özəl bağçalarda valideynlərə kamera vasitəsilə övladlarını izləmək imkanı verilir. Lakin yüksək qiymətlər səbəbindən bu xidmət yalnız məhdud sayda ailə üçün əlçatandır. 

Yenisabah.az məsələyə aydınlıq gətirilməsi üçün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb. Cavab olaraq qurumdan bildirilib ki, 
“Məktəbəqədər təhsil müəssisələrində uşaqların təlim-tərbiyə prosesi və qidalanması ilə yanaşı, onların təhlükəsizliyi də vacib şərtlərdəndir. Bu məsələ müəssisə rəhbərliyi və tərbiyəçi-müəllimlər tərəfindən daim nəzarətdə saxlanılır. Ünvanladığınız sorğu ilə bağlı bildiririk ki, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, eyni zamanda Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” haqqında qərarına əsasən dövlət məktəbəqədər təhsil müəssisələrində kameraların quraşdırılması nəzərdə tutulmayıb. Müasir dövrün tələbləri, eləcə də təlim-tərbiyə prosesinə nəzarətin daha da artırılması məqsədilə hazırda məktəbəqədər təhsil müəssisələrinin kameralarla təchiz edilməsi imkanları araşdırılır. Bununla bağlı Elm və Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla müzakirələr aparılır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.