Saqqala görə mübahisə yarandı: “İslama təhqirdir!”
İlahiyyatçı Tural İrfanın saqqal barədə fikirləri sosial mediada müzakirələrə səbəb olub. O, pravda.az-a açıqlamasında bildirib ki, islam dini saqqalı zəruri görmür və əsas meyar insanın səliqəsi, təmizliyi və düşüncəsidir.
Sitat: “Məhəmməd Peyğəmbər (s.a.v.) müsəlmanlara buyurub ki, öz dövrünüzə, adətinizə, ürfünüzə uyğun yaşayın. Bu meyarla da indiki dövrdə saqqal saxlamaq uyğun görülmür. Ələlxüsus da ki, uzun, salxımlı, nizama salınmamış saqqal saxlamaq daş dövrünün ənənəsinə uyğundur. Din təmizliyi, paklığı əmr edir. Təbiblərin rəyinə görə, saqqal tükündə çoxsaylı mikrob və bakteriyalar cəmləşir, ətrafa yayılır. Bir hədisdə təmizliyin dinin yarısı olduğu buyurulur. Bu nəzərdən baxsaq, nəinki saqqal saxlamaq, əksinə, saqqalı qırxmaq zəruri sayıla bilər”.Əgər din bunu zəruri hesab etmirsə, niyə peyğəmbərlər çox vaxt saqqallı şəkildə təsəvvür edilir? İctimaiyyətin bir hissəsi saqqalı niyə dini simvol kimi qəbul edir?
Yenilik.az xəbər verir ki, globalinfo.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov deyib ki, ilahiyyatçının saqqal barədə söylədikləri islamın mövqeyi ilə üst-üstə düşmür.
O qeyd edib ki, islam qaynaqlarında saqqal sırf dəb, bəzək və ya fərdi seçim kimi göstərilməyib, əksinə peyğəmbərimizin (s.ə.s) hədislərində xüsusi olaraq vurğulanıb:“Buxari və Müslim kimi ən etibarlı mənbələrdə peyğəmbərimizin “bığlarınızı qısaldın, saqqallarınızı uzadın və müşriklərə bənzəməyin” buyurduğu qeyd olunur. Bu hədisə əsaslanaraq islam fiqhində dörd məzhəbin çoxu saqqal saxlamağı vacib, heç olmasa güclü şəkildə təkid olunmuş sünnə hesab edib. Bəziləri deyə bilər ki, dinin əsası saqqal deyil, amma bu, onun dindən kənar və ya əhəmiyyətsiz bir məsələ olduğu anlamına gəlmir. Məsələ bundadır ki, dinin əsası namaz, oruc, iman olsa da, saqqal peyğəmbər sünnəsinin bir parçasıdır. Onu əhəmiyyətsizləşdirmək, “daş dövrünün qalığı”, “natəmizlik” adlandırmaq isə dinin əsaslarını təhqir etmək deməkdir. Bu, həm də saqqal saxlayan möminlərə hörmətsizlikdir”.
İlahiyyatçı bildirib ki, həmkarının qeyd etdiyi “Peyğəmbər müsəlmanlara öz dövrünün adətinə uyğun yaşamağı buyurub” kimi bir söz mənbələrdə yoxdur:“Əksinə, peyğəmbərimiz bir çox məsələlərdə müsəlmanların başqa millət və dinlərin xüsusiyyətlərinə bənzəməməsini tövsiyə edib. Əlbəttə, islamda təmizlik böyük önəm daşıyır. Amma bunu yalnız saqqalla bağlamaq düzgün deyil. Saqqalı səliqəsiz saxlamaq, baxımsız buraxmaq əlbəttə ki, doğru olmaz. Lakin baxımlı, nizamlı saqqal həm peyğəmbər sünnəsinə uyğun olur, həm də insanın zahirinə səliqə qatır. “Saqqalda mikrob yığılır” arqumenti də elmi baxımdan mübahisəlidir. Çünki eyni sözləri saç, dırnaq, paltar, hətta telefon ekranı haqqında demək olar. Əgər təmizlik prinsiplərinə əməl olunarsa, saqqal da digərləri kimi səliqəli və təmiz qala bilər. İslam “təmizlik imanın yarısıdır” deyərkən, insanın həm bədəni, həm də qəlbinin təmizliyini nəzərdə tutur. Bu, heç də saqqalın qırxılmasını vacib etmir”.
Ə.Həsənov əlavə edib ki, saqqal möminin imanı ilə ölçülmür:
“Saqqal saxlamaq insanı əsla geridəqalmış etməz. İslamı elmlə, ağılla yaşamaq doğrudur, amma sünnəni kiçiltmək, təhqir etmək yanlışdır. Özümdə olmasa da, saqqal saxlayan qardaşlara hər zaman hörmətlə yanaşıram. Çünki onların etdiyi bir peyğəmbər sünnəsinə itaətdir. Saqqalı gerilik, natəmizlik adlandırmaq isə həm dini dəyərləri, həm də həmin insanları təhqir etməkdir. Bizim üçün əsas iman, elm və əməl olduğu kimi, saqqal da dini kimliyin bir parçasıdır. Biz dinimizdə olan məsələlərə orta mövqedən yanaşmalıyıq, heç bir məsələdə həddi aşmaq doğru sayılmır”.
OXŞAR XƏBƏRLƏR

İlahiyyatçı: "Saqqal saxlamaq daş dövrünün ənənəsinə uyğundur"
İlahiyyatçı: "Heç bir qabarıq fərq olmayan din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb"
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Prezidentdən konfrans iştirakçılarına - Müraciət - Yenilənib
Gədəbəydə antisanitariya: Zibillər günlərlə daşınmr, ətrafa üfunət yayılır - VİDEO
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55