Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Jurnalistdən AYNA rəhbərinə SƏRT cavab

Jurnalistdən AYNA rəhbərinə SƏRT cavab

Jurnalistdən AYNA rəhbərinə SƏRT cavab
2025-09-25 , 13:54

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəhbəri Anar Rzayevi axşam saat 6-7 radələrində salasan “28 May”a, deyəsən ki, insanlara baha qiymətə rəva gördüyün ictimai nəqliyyatın dadını özün gör. Ayaq altında qalsın, bilsin ki, bizim yaşadığımız dünyada nə var, nə yox…


Tribunainfo.az xəbər verir ki, bu sözləri A.Rzayevin çıxışı zamanı sərnişin daşınmasının 50 qəpikdən baha başa gəlməsi ilə bağlı fikirlərinə cavab olaraq jurnalist Aytən Məmmədova deyib. Jurnalistin sözlərinə görə, A.Rzayevin bu açıqlamasından anlaşılır ki, nəqliyyatın qiyməti artacaq:
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəhbəri deyib ki, sərnişin daşınması 50 qəpikdən baha başa gəlir. Bunun deməyindən belə çıxır ki, bizə güzəşt edirlər, qiymətlər baha olmalıdır. Və yəqin ki, elə buna zəmin hazırlayırlar, nəqliyyatın qiymətini artıracaqlar.
Ən əsası, bu adamın metrodakı, avtobuslardakı vəziyyətdən xəbəri var? İndiki xidmətlə, belə keyfiyyətlə 20 qəpik də bahadır.
Onu axşam saat 6-7 radələrində salasan “28 May”a, deyəsən ki, insanlara baha qiymətə rəva gördüyün ictimai nəqliyyatın dadını özün gör. Ayaq altında qalsın, bilsin ki, bizim yaşadığımız dünyada nə var, nə yox”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.