Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İlham İsmayıl sərbəst buraxıldı

İlham İsmayıl sərbəst buraxıldı

İlham İsmayıl sərbəst buraxıldı
2025-09-26 , 13:52

Ekspert İlham İsmayıl sərbəst buraxılıb.

“Qafqazinfo”nun məlumatına görə, məhkəmənin qərarı ilə onun barəsində həbs növündən olmayan digər qətimkan tədbiri seçilib.
Qeyd edək ki, İ.İsmayıl dələduzluqda ittiham edilir. Belə ki, İlham İsmayıl oğlu Cavidan İsmayılzadə vasitəsilə zərərçəkmiş Emin Məmmədzadəyə Almaniyadan avtomobil gətirəcəyinə dair vəd verib. Vəd edilən avtomobil 2018-ci il istehsalı və dəyəri 54 min ABŞ dolları olan “Range Rover” imiş.
İ.İsmayıl E.Məmmədzadədən ilkin olaraq 20 min ABŞ dolları (34 min manat) alıb. Bir müddət sonra maşının ölkəyə gətirilmədiyini görən E.Məmmədzadə məsələ ilə bağlı polisə şikayət edib.
Dələduzluq faktı ilə əlaqədar İlham İsmayıl barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. O, ötən gün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.