Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Məktəblərdə pul yığılmasına imkan yaradan valideynlərdir — Deputatdan qalmaqallı AÇIQLAMA

Məktəblərdə pul yığılmasına imkan yaradan valideynlərdir — Deputatdan qalmaqallı AÇIQLAMA

Məktəblərdə pul yığılmasına imkan yaradan valideynlərdir — Deputatdan qalmaqallı AÇIQLAMA
2025-10-01 , 16:14

Məktəblərdə pul yığılmasına şərait yaradan valideynlərdir.


Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib. 

O bildirib ki, müəllimin peşəsi layiqli vətəndaş yetişdirməkdir, bu amal uğrunda çalışan müəllim heç vaxt şagirdin, valideynin əlinə baxmaz:

“Belə direktorlar, müəllimlər var, amma buna da imkan yaradan valideynlərdir. Müəllimə hədiyyə vermək, dəstək göstərmək həmişə olub, amma bu, məcburi şəkildə həyata keçirilməyib.

Məktəb təlim-tərbiyə müəssisəsidir, hər kəs bura öz dəstəyini verməlidir. Ancaq direktorun, müəllimin uşaqdan pul istəməsi, hansısa əlamətdar günləri keçirmək bəhanəsi ilə vəsait toplaması müəllim adına yaraşmır. Biz bu məsələdə nazirliyi günahlandırmamalıyıq. Nazirlik dəfələrlə bildirib ki, məktəblərdə pul yığılması qanunsuzdur, yolverilməzdir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.