Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qərbi Kaspi Universiteti Xəzər dənizinin ekoloji problemlərinə dair Beynəlxalq Simpoziuma ev sahibliyi edəcək

Qərbi Kaspi Universiteti Xəzər dənizinin ekoloji problemlərinə dair Beynəlxalq Simpoziuma ev sahibliyi edəcək

Qərbi Kaspi Universiteti Xəzər dənizinin ekoloji problemlərinə dair Beynəlxalq Simpoziuma ev sahibliyi edəcək
2025-09-29 , 16:35

Qərbi Kaspi Universiteti Xəzər dənizinin ekoloji problemlərinə dair Beynəlxalq Simpoziuma ev sahibliyi edəcək.

Qərbi Kaspi Universitetinin təşkilatçılığı və ev sahibliyi ilə 03 oktyabr 2025-ci il tarixində “Xəzər dənizinin bu günkü ekologiyası-bərpası və ya deqradasiyası: perspektivlər" mövzusunda beynəlxalq simpozium keçiriləcəkdir. Simpoziumda Berlin Texniki Universitetinin, eləcə də müxtəlif xarici və yerli təşkilatların tədqiqatçı alimləri iştirak edəcəklər.
Simpoziumun əsas məqsədi Xəzər dənizinin ekoloji və bioekoloji vəziyyətinin hərtərəfli öyrənilməsi, regionun ekosistemində baş verən dəyişikliklərin səbəblərinin və nəticələrinin elmi müzakirəsi, həmçinin bərpa və davamlı idarəetmə imkanlarının müəyyənləşdirilməsidir.
Beynəlxalq Akademik Simpoziumun əsas hədəfi tədqiqatçılara, xüsusilə də gənc mütəxəssislərə öz yeni tədqiqat işlərini təqdim etmək, xüsusən də Xəzər dənizində çirklənmə, bioloji müxtəlifliyin azalması, iqlim dəyişikliyi, antropogen təsirlər və təbii balansın pozulması kimi amillərin elmi əsaslarla qiymətləndirilməsi, dəniz ekosistemində yaşayan flora və faunanın bioekoloji xüsusiyyətlərinin öyrənilməsi, onların populyasiya dinamikasının, ekoloji münasibətlərinin və uyğunlaşma mexanizmlərinin araşdırılması, su bioresurslarının, bioloji müxtəlifliyin və təbii ekosistemin qorunması, sağlamlaşdırılması və dayanıqlı inkişafını təmin etmək üçün yeni yanaşmaların irəli sürülməsi, yerli və beynəlxalq alimlərin, ekoloji və bioekoloji institutların birgə fəaliyyətinin təşviqidir.
Simpozium Qərbi Kaspi Universitetinin
Giləzidə yerləşən Tədqiqat Mərkəzində 03 oktyabr saat 11:00 tarixində keçiriləcəkdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.