Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Cahangir Əsgərovun həyat yoldaşının adı məşhur fabrikə verildi

Cahangir Əsgərovun həyat yoldaşının adı məşhur fabrikə verildi

Cahangir Əsgərovun həyat yoldaşının adı məşhur fabrikə verildi
2025-10-08 , 16:58

Bu ilin yanvarında vəfat edən AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın adı əbədiləşdirilib.

 
Yenilik.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, “Gazelli Group”un parfüm və kosmetika fabrikinə Zərifə Həmzəyevanın adı verilib.
 
Qeyd edək ki, sözügedən fabrik Bakının Şüvəlan qəsəbəsində yerləşir.
 
Xatırladaq ki, Zərifə Həmzəyeva “Gazelli Group” şirkətinin təsisçisi və prezidenti idi.
 
Z.Həmzəyeva, həmçinin “Premium Bank” ASC-nin əsas səhmdarı və “Caspian Energy Club”ın İdarə Heyətinin üzvü olub.
 
Cahangir Əsgərov və Zərifə Həmzəyevanın iki qız övladı var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.