Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Cavidan Novruz efirləri tənqid etdi: "Vallah iyrəncsiniz!"

Cavidan Novruz efirləri tənqid etdi: "Vallah iyrəncsiniz!"

Cavidan Novruz efirləri tənqid etdi:
2025-10-15 , 16:45

Sənətçi, aktyor Cavidan Novruz son günlər televiziya efirlərində müğənnilərin bahalı avtomobilləri, əşyaları və mülkləri ilə öyünməsini kəskin tənqid edib.

O, bu barədə sosial şəbəkədə sərt paylaşım edib.
Cavidan  verilişlərdə süni və saxta görüntülərin çoxalmasından narazılığını bildirib:
"Mənə bilirsiniz, nə maraqlıdır? Nə vaxta qədər efirlərdə hansısa müğənninin maşınının içini qurdalamaq, bahalı əşyalarını göstərib müzakirə etmək və ya ondan mülkünün qiymətini soruşmaq dəbdə olacaq? Bir də o müğənnilərin guya bu söhbətin efirdə olmasını istəmirmiş kimi davranmaları...
Ən pis tərəfi budur ki, əslində, bunları özləri təşkil edirlər! Bu nə görməmişlikdir axı? Dünyanın heç bir kanalında belə şeylər yoxdur! Vallah, bəsdirin artıq - iyrəncsiniz!

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.