Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Heç biri ailəmin deyil” — Əli Həsənov 2 milyardlıq mülklərdən DANIŞDI

“Heç biri ailəmin deyil” — Əli Həsənov 2 milyardlıq mülklərdən DANIŞDI

“Heç biri ailəmin deyil” — Əli Həsənov 2 milyardlıq mülklərdən DANIŞDI
2025-10-17 , 15:45

Uydurma məlumatlardır. Mənim Ramiz Mehdiyevlə son 5 ildə heç bir təmasım olmayıb və onunla bağlı heç bir istintaqa da cəlb olunmamışam”.


Bunu Demokrat.az-a açıqlamasında PA-nın keçmiş şöbə müdiri Əli Həsənov deyib. 

O bildirib ki, KİV-də onun ailəsinə aid olduğu bildirilən mülklərin heç biri ailəsinə məxsus deyil. 

Qeyd edək ki, sabiq PA sədri Ramiz Mehdiyevin həbsindən sonra Əli Həsənovun da istintaqa cəlb edilməsi ilə bağlı müxtəlif məlumatlar yayılıb.  

Tanınmış jurmalist Heydər Oğuz isə Əli Həsənovun 2 milyardlıq mülklərinin olduğunu iddia edən siyahı yayımlayıb. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.