Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Spikerdən Siyavuş Novruzova: “Sizinlə ayrıca danışacağam...”

Spikerdən Siyavuş Novruzova: “Sizinlə ayrıca danışacağam...”

Spikerdən Siyavuş Novruzova: “Sizinlə ayrıca danışacağam...”
2025-10-17 , 16:41

"Müstəqilliyimizin Bərpası Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Başda Heydər Əliyev olmaqla, müstəqilliyimizin qəbuluna səs vermiş 43 deputatımızı dərin sayğı ilə anıram". Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tənzilə Rüstəmxanlı səsləndirib.

Deputat Siyavuş Novruzov isə onun fikrinə etiraz edib: 
"Tənzilə xanım 43 dedi, amma əslində 43 yox, 271 nəfər səs verib. Həmin 43 nəfər referendumun əleyhinə səs verib. Müstəqillik isə tamamilə başqa məsələdir. Tarixi saxtalaşdırmayaq".
Milli Məclisin sədri Sahibə Qafarova isə məsələyə münasibət bildirərək qeyd edib:
"Çıxışlarda belə səhvlər ola bilər. Siyavuş müəllim, sizinlə ayrıca danışacağam".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.