Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qərbi Kaspi Universitetində media nümayəndələri ilə görüş keçirilib.

Qərbi Kaspi Universitetində media nümayəndələri ilə görüş keçirilib.

Qərbi Kaspi Universitetində media nümayəndələri ilə görüş keçirilib.
2025-10-16 , 17:05

Qərbi Kaspi Universitetində ölkənin aparıcı media nümayəndələrinin iştirakı ilə geniş mediatur təşkil olunub. Görüşün məqsədi media nümayəndələrinə universitetin son illərdə əldə etdiyi elmi, akademik və beynəlxalq uğurlar, həmçinin gələcək hədəflər barədə ətraflı məlumat vermək olub.

Mediatur çərçivəsində qonaqlara universitetin müasir infrastrukturuna, elmi-tədqiqat laboratoriyalarına və beynəlxalq standartlara uyğun tədris mühitinə yaxından baxış imkanı yaradılıb. Jurnalistlər xüsusilə “Elmi Tədqiqatlar və İnnovasiyalar Mərkəzi”nin fəaliyyəti, tələbə-tədqiqatçı əməkdaşlığı, beynəlxalq elmi layihələrdə universitetin iştirakı və son illərdə artan nəşr göstəriciləri ilə tanış olublar. Qonaqlara həmçinin süni intellekt, ekoloji dayanıqlıq, sosial innovasiyalar və qlobal iqtisadi trendlər üzrə aparılan araşdırmalar barədə məlumat verilib.
Universitet rəhbərliyi görüş zamanı qeyd edib ki, Qərbi Kaspi Universiteti son illərdə elmin və təhsilin inteqrasiyasını əsas strateji xətt kimi müəyyənləşdirib. Bu istiqamətdə Avropa və Asiyanın bir çox ali təhsil ocaqları ilə əməkdaşlıq sazişləri imzalanıb, tələbə və müəllim mübadiləsi proqramları genişləndirilib. Hazırda universitet bir çox beynəlxalq akademik tərəfdaşla birgə layihələr həyata keçirir, elmi məqalələr beynəlxalq indeksli jurnallarda nəşr olunur.
Media nümayəndələri universitetin beynəlmiləlləşmə siyasətini, elmi mühitin dinamikliyini və tələbələr üçün yaradılan imkanları yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçıları universitetin professor müəllim heyyəti ilə fikir mübadiləsi aparıb, birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.
         

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.