Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Mənim Ramiz haqqında deyiləcək sözüm yoxdur" - Kürəkənindən ŞOK AÇIQLAMA

"Mənim Ramiz haqqında deyiləcək sözüm yoxdur" - Kürəkənindən ŞOK AÇIQLAMA

2025-10-24 , 15:25

Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilmiş Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığını necə keçirməsi ilə bağlı ona zəng etsək də, telefonlara cavab verməyib.


Manset.az məsələ ilə bağlı Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevlə əlaqə saxlayıb. Ramiz Mehdiyevlə bağlı “Onun vəziyyəti necədir?” sualına İlham Əliyev belə cavab verib:

"Mənim Ramiz haqqında deyiləcək heç bir sözüm yoxdur" - deyərək telefon zəngini sonlandırıb. 

Qeyd edək ki, Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və çirkli pulların yuyulması kimi ağır cinayətlərdə ittiham olunur.

Xatırladaq ki, Manset.az xəbər portalı bu ittihamlarla bağlı Ramiz Mehdiyevlə əlaqə saxlamış, o isə  jurnalistin suallarını eşitdikdən sonra telefonu söndürmüşdü. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.