Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı – YENİ TƏYİNAT

Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı – YENİ TƏYİNAT

Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı – YENİ TƏYİNAT
2025-11-01 , 15:21

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva işdən çıxarılıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, BDU-nun rektoru Elçin Babayevin müvafiq əmri ilə Q.Mehdiyeva bir müddət öncə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib. Digər əmrlə onun yerinə AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim Vaqif İbrahimov təyin olunub. 
Qeyd edək ki, V. İbrahimov millət vəkili Eldar İbrahimovun qardaşıdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.