Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Namiqin meyxanadan uzaqlaşmasının SƏBƏBİ BİLİNDİ

Namiqin meyxanadan uzaqlaşmasının SƏBƏBİ BİLİNDİ

Namiqin meyxanadan uzaqlaşmasının SƏBƏBİ BİLİNDİ
2025-11-05 , 15:22

Namiq Qaraçuxurlu meyxana sənətindən uzaqlaşması barədə danışıb.

“Mədəni şou” proqramında qonaq olan ifaçı vaxtı ilə meyxanaçıları yığıb-yığışdıra bilmədiyini deyib:
“Mənim meyxanaya qayıtmağım lazımdır. Amma meyxanaçıların da məni dinləməyi vacibdir. Qayıda bilərəm, onların məni dinləməsinə isə cavabdeh deyiləm. Onlara qadağa qoya bilmərəm, çünki hərəsi bir ustaddır. Məni tənqid edirlər ki, gəl meyxanaya, amma mahnılarım da sevilir.
Gördüm ki, ip əldən gedir, meyxanada başqa atmosfer var və meyxanaçıların adı pis vərdişlərdə hallanır. Meyxanaçıların toylarda davaları, söyüşləri ortaya çıxdı, bunu yığıb-yığışdıra bilmədim. Mənə qulaq asmır, öz işlərini görürdülər. Məcburən mən də uzaqlaşdım”./yenisabah

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.