Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Baş redaktor niyə həbs olunub? – Vüqar Tofiqoğlu işinin detalları açıqlanır

Baş redaktor niyə həbs olunub? – Vüqar Tofiqoğlu işinin detalları açıqlanır

Baş redaktor niyə həbs olunub? – Vüqar Tofiqoğlu işinin detalları açıqlanır
2025-11-13 , 15:17

“Hürriyyət” qəzetinin və eyni adlı internet televiziyasının baş redaktoru Vüqar Tofiqoğlunun hansı səbəbdən həbs olunduğu məlum olub.


Yenilik.az xəbər verir ki, bu barədə məlumatı tanınmış jurnalist, Xural TV-nin rəhbəri Əvəz Zeynallı yayıb.

Ə.Zeynallının sözlərinə görə, jurnalistin həbsi ilə bağlı məhkəməyə təqdimatı Baş Prokurorluq verib. Təqdimatda Ramiz Mehdiyevin cinayət işi qeyd olunsa da, onun Vüqar Tofiqoğlunun məsələsi ilə bağlılığı göstərilməyib.

Konkret ittihamlara gəldikdə, təqdimatda qeyd olunur ki, Vüqar Tofiqoğlu iki şirkətlə hədə-qorxu əsasında reklam müqavilələri imzalayıb. İddia olunur ki, bir şirkətlə 1000 manat, digəri ilə isə ayda 200 manat məbləğində müvafiq olaraq iki və bir illik müqavilələr imzalanıb.

Bu ittiham əsasında jurnalist barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi (“Hədə-qorxu yolu ilə tələb etmə, təkrar törədildikdə və ya külli miqdarda zərər vurduqda”) ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Vüqar Tofiqoğlu 29 oktyabr 2025-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun həbsi ilə bağlı ilk məlumatı Bakupost.az yayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.