Tibbi profilaktikanı bitirənlər həkim hesab olunurmu? - İctimai səhiyyə fakültəsi nədir? - ARAŞDIRMA
Xəbər verdiyimiz kimi, TƏBİB-in İlkin Səhiyyə Xidməti Departamentinin rəhbəri Rəşad Çobanlının ali tibbi təhsilinin olmaması ilə bağlı mediada məlumatlar yayılıb. Yayılan xəbərlərdə onun 2010–2015-ci illərdə peşəkar həkimliklə bağlı olmayan, ictimaiyyət arasında “sanfak” adı ilə tanınan ixtisas üzrə təhsil aldığı bildirilib.

Lakin məsələ ilə bağlı TƏBİB-in açıqlamasında bu iddia təkzib edilib. Qurumdan bildirilib ki, Rəşad Çobanlı 2010–2015-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi Profilaktika fakültəsində təhsil alıb və ali “həkim” ixtisas dərəcəsi əldə edib. Bu məsələ ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.
Maraqlıdır, ATU-nun Tibbi Profilaktika fakültəsini (“sanfak”) bitirənlər həkim hesab olunurlar, yoxsa yox?
Mövzu ilə bağlı ATU "Tibb Jurnalı"nın baş redaktoru, tanınmış mütəxəssis Fuad İslamzadə Bakupost.az - a açıqlamasında bildirib ki, ümumiyyətlə, Tibbi profilaktika fakültəsində çoxlu daxili ixtisaslar mövcuddur:

“Həmin fakültəni bitirənlər müəyyən həkim ixtisaslarına yiyələnə bilərlər. Mənim bildiyimə görə, orada həkim-infeksionist, həkim epidemioloq, həkim-patanatom, həkim-laborant, həkim-mikrobioloq, USM üzrə mütəxəssis, radioloq və digər həkimlər hazırlanır.
Bundan başqa, orada “təbabətin idarə edilməsi”, “tibbi xidmətin rəhbərliyi” ixtisasları da mövcuddur. Bir sözlə, təbabətin idarə edilməsində tibbi menecment sahəsində çalışan mütəxəssislər də hazırlanır. Hazırda həmin sahələr üzrə magistratura təhsili həm Tibb Universitetində, həm də bir neçə başqa universitetdə mövcuddur. Ola bilər ki, tibb üzrə ali təhsili bitirdikdən sonra magistraturanı başqa universitetdə oxuyaraq, tibb menecmenti sahəsində ixtisaslaşmış mütəxəssislər hazırlansın. Mən bunu normal hal hesab edirəm. Mövcud təhsil sistemi üçün bu, normaldır. Təxminən 12–20 il əvvəl, daha dəqiq desək, 2008-ci ilə qədər Tibb Universitetini bitirənlər başqa universitetdə magistratura təhsili ala bilmirdilər. Amma indiki təhsil sistemində buna icazə verilir və bu, qəbahət sayılmır”.
F.İslamzadə bildirib ki, sovet dövründən “Sanfak” kimi tanınan bu fakültə müxtəlif vaxtlarda Sanitariya-gigiyena və Tibbi profilaktika adları ilə fəaliyyət göstərsə də, son illərdə ona "İctimai Səhiyyə fakültəsi" adı verilib:
“Əvvəllər orada cəmi 4–5 ixtisas var idi, indi isə həmin fakültəni bitirənlər magistratura təhsilini davam etdirməklə 30-a yaxın ixtisas sahibi ola bilirlər. Həkim ixtisasları üzrə diplomdan sonrakı təlim rezidentura, digər ixtisaslar üzrə isə magistratura pilləsində həyata keçirilir. Yəni tibbi ixtisaslar üzrə rezidenturaya, səhiyyənin təşkili üzrə isə magistratura pilləsinə qəbul olmaqla təhsillərini davam etdirə bilərlər”.
OXŞAR XƏBƏRLƏR

TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibbi təhsili yox imiş
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Yoqa, gilas, Qaçaq Nəbi... - Nə ilə yadda qalıblar?
USAID-TƏBİB əməkdaşlığı: milyonların aqibəti araşdırılacaqmı?
İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Yazdıqlarımız rəsmən təsdiqləndi
İcbari Tibbi Sığorta Fondunda ciddi nöqsanlar AŞKARLANDI
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Xəstələr niyə eyni klinikalara yönləndirilir? – İnfantil səhiyyənin səbəbkarları
Mehdiyevin hesabına qazanılan milyonlar – ŞOK SİYAHI
Maral Qocamanın gizli oyunları – SENSASİON AÇIQLAMALAR
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55