Əfsun Əhmədov rüşvət aldığı üçün məhkəmə zalında həbs edilən hakimin qardaşı imiş
Azərbaycan Dövlət Kukla Teatrının rejissoru Səidə Haqverdiyeva özünün və teatrın direktoru olan həyat yoldaşı Rəşad Əhmədzadənin təzyiqlərə məruz qaldığı haqda neçə gündür ard-arda bəyanatlar verir. S.Haqverdiyeva baş verənlərin əsas səbəbkarı kimi Azərbaycan Kukla Teatrının aktrisası Nərmin Əhmədovanın adını çəkir.
Məlumat üçün xatırladaq ki, Əfsun Əhmədov “Next Group” nəqliyyat şirkətinin rəhbəridir. Həmin şirkət isə Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC ilə ümumi maliyyə dəyəri 608 020 manat təşkil edən satınalma müqavilələri imzalayıb. Bu, dövlət satınalmalarının vahid elektron portalında əksini tapan məbləğdir. Təsdiqlənməyən məlumatlara görə isə “Next Group” MMC Mədəniyyət Nazirliyinin xətti ilə 2 milyon manatlıq sifariş alıb. Bütün bunlar adıçəkilən nazirlikdəki vəzifəli şəxslərin N.Əhmədovanı himayə etməsinin səbəbi kimi qeyd edilir.
AFN.az-ın redaksiyasına “Next Group” MMC-nin rəhbəri Əfsun Əhmədovla bağlı daha bir məlumat daxil olub. Bildirilir ki, o, bu ilin yanvarında rüşvət almağa görə həbs edilən Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədovun qardaşıdır. E.Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı məhkəmə zalındaca həbs olunub. O, 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, onun həbsinə səbəb vətəndaş şikayəti olub. Belə ki, Bərdə Rayon Məhkəməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Məhkəmə-Hüquq Şurası ilə birgə araşdırma aparılıb.
Araşdırma ilə E.Əhmədovun Bərdə Rayon Məhkəməsinin hakimi vəzifədə işləyərkən narkotik ittihamı ilə saxlanılan Məqsəd Bayramovun həyat yoldaşından bu iş üzrə minimum həddə cəza təyin etmək üçün 21 min manat pulu rüşvət olaraq aldığı məlum olub. Hakim pulu iclas katibi Orxan vasitəsi ilə 10 min, 8 min və 3 min olmaqla hissə-hissə alıb. Aldığı rüşvətin qarşılığında isə Məqsəd Bayramova minimum həddə — 3 il azadlıqdan məhrumetmə cəzası təyin edib.
E.Əhmədov məhkəmədə ifadə verən zaman özünü rüşvət almaqda yox, dələduzluqda günahkar bilib. Pulu almasının səbəbi kimi isə anasının onkoloji xəstə olmasını göstərib. Deyib ki, sonra atası da onkoloji xəstə olduğu üçün aldığı pulu geri qaytara bilməyib.
Qeyd edək ki, E.Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Əhmədov Elsun Məzahir oğlu şübhəli şəxs qismində tutulub, ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.
Yazıda adları çəkilən şəxslərin mövqeyini verməyə hazırıq.
OXŞAR XƏBƏRLƏR

Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir?
İcbari Tibbi Sığorta Fondunda ciddi nöqsanlar AŞKARLANDI
Türkiyəli “biznesmen” azərbaycanlı iş adamlarına 613 min manat “atdı”
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
“Xəzər TV” 3 dəfə məhkəmədə uduzub, amma borcu ödəmir
Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55