Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir?
Azərbaycan Dövlət Kukla Teatrının rejissoru Səidə Haqverdiyeva özünün və sözügedən teatrın direktoru olan həyat yoldaşı Rəşad Əhmədzadənin təzyiqlərə məruz qaldığını bəyan edib. Rejissor açıqlamalarında baş verənlərin əsas fiqurantı kimi Azərbaycan Kukla Teatrının aktrisası Nərmin Əhmədovanın adını çəkib.
Səidə Haqverdiyeva onu və həyat yoldaşını təhdid edən Nərmin Əhmədovanın Mədəniyyət Nazirliyi səviyyəsində himayə olunduğunu bildirib. Nərmin Əhmədovaya privilegiyalar verilməsini isə onun həyat yoldaşı Əfsun Əhmədovun şirkət rəhbəri olması ilə izah edir.

Səidə Haqverdiyeva detallara varmasa da, sözlərindən belə anlaşılır ki, Əfsun Əhmədovla Mədəniyyət Nazirliyi arasında hansısa qaranlıq əlaqələr var.
Qaynarinfo-nun araşdırmaları nəticəsində məlum olub ki, Əfsun Əhmədov "Next Group" şirkətinin rəhbəridir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Next Group” MMC-nin 4 dekabr 2017-ci ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7A, məhəllə 2947, mənzil 30, korpus D, giriş 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əhmədov Əfsun Məzahir oğludur.

"Next Group” MMC beynəlxalq və yerli statuslu tədbirlərin təşkili, nəqliyyat xidmətlərinin icarəsi və idarə edilməsi ilə məşğuldur. Bu barədə şirkətin rəsmi-veb səhifəsində qeyd edilib.
Dövlət satınalmalarının vahid elektron portalı üzərindən apardığımız araşdırmadan aydın olur ki, "Next Group” MMC ötən il Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat” MMC ilə ümumi maliyyə dəyəri 608 020 manat təşkil edən satınalama müqavilələri imzalayıb.

Müqavilələrin üçü birbaşa Mədəniyyət Nazirliyi ilə, beşi isə "Əsaslı Tikinti və Təchizat” MMC ilə bağlanıb.
Bu müqavilələr üzrə satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.
"Dövlət satınalmaları haqqında” Qanuna görə birmənbə metodu aşağıdakı hallarda tətbiq edilə bilər:
49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:
49.1.2.1. tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olarsa və ya bu hallar satınalan təşkilatın bilərəkdən gözləməsinin nəticəsi olmadıqda;
49.1.2.2. təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
49.1.3. satınalan təşkilat hər hansı təchizatçıdan satınalma predmetini satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə əsasən və ya mövcud satınalma predmetinə uyğunluğu təmin etmək zərurəti baxımından satınalma predmetini həmin təchizatçıdan satın alınması qənaətinə gəldikdə, habelə keçirilməsi planlaşdırılan satınalma texnoloji və ya müəlliflik hüququ baxımından əvvəlki satınalma predmetinin davamı olduqda;
49.1.4. satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
"Next Group” MMC-nin Mədəniyyət Nazirliyi və "Əsaslı Tikinti və Təchizat” MMC ilə bağladığı satınalma müqavilələri üzrə satınalma predmetləri, həmçinin şirkətin fəaliyyət sferası birmənbə metodunu istisna edir. Bu halda satınalma prosedurunun şəffaflığına suallar yaranır.
Azərbaycan "Next Group” MMC kimi eyni xidməti göstərən onlarla şirkət var. Mədəniyyət Nazirliyinin satınalmalarda yalnız "Next Group” MMC-yə üstünlük verməsi təbii olaraq şirkətlə qurum arasında hansısa özəl əlaqələrin olduğuna dair şübhələri artırır.
Görünür, Səidə Haqverdiyeva şübhələrində yanılmayıb. Yaxud mümkündür ki, o, nazirliklə "Next Group” MMC arasındakı tender sövdələşmələri barədə daha artıq məlumatlıdır. Yeri gəlmişkən, kluarlarda gəzən söhbətlərə görə, "Next Group” MMC Mədəniyyət Nazirliyinin xətti ilə 2 milyon manatlıq sifariş alıb. Hazırda bununla bağlı araşdırmalarımız davam edir.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Xalq artistinin oğlu: “Həkim səhlənkarlığı ucbatından atamı itirdim”
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
Türkiyəli “biznesmen” azərbaycanlı iş adamlarına 613 min manat “atdı”
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12