"Kapital Bank" hesabından ödənilən pullar yoxa çıxıb, bank isə geri qaytarmır EHTİYATLI OLUN!
Son günlər "Kapital Bank"dan edilən köçürmələr və "BirBank" ödənişləri barədə şikayətlərin sayı artıb.
Pravda.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan şikayətlərdən birində bankomatdan 200 ABŞ dolları köçürmə edən vətəndaşın pulunun hesaba oturmadığı bildirilib.
Vətəndaşın sözlərinə görə, o, noyabrın 4-də "Marriot" hoteldəki aparatdan 200 dollar hesaba göndərib, pulu bankomata daxil etsə də, məbləğ hesaba köçməyib.
Vətəndaş dərhal "Kapital Bank"ın "196" qaynar xəttinə müraciət edib. 200 dollar bankın Xırdalan filialına yönəldilib. 12 noyabrda isə bank vətəndaşdan yenidən ərizə istəyib və beş iş günü ərzində məsələyə baxılacağı deyilib.
"Bank pulu oğurlayır. Bu pul kameranın altında bankomata daxil edilib və ünvana çatmayıb, bunun nəyini araşdırırsınız?" - şikayətçi bildirib.
Maraqlısı budur ki, təxminən, eyni tarixdə bənzər hadisə Pravda.az-ın əməkdaşının da başına gəlib.
Belə ki, əməkdaşımız noyabrın 5-i mağazalardan birində "BirBank" hesabından post terminal vasitəsilə 50 manat ödəniş edib. Əvvəlcə əməliyyat uğursuz olub. İkinci dəfə ödəniş etdikdə isə post terminal yenidən serverin cavab verməməsinə dair qəbz təqdim edib. Lakin əməkdaşımızın hesabından 50 manat pul çıxılıb.
Problemlə bağlı “196 qaynar xətti”nə, eləcə də "Kapital Bank"ın Mətbuat xidmətinə məlumat verilib. Bankdan sözügedən məbləğlə bağlı "Hələ ki icradadır, qarşı tərəfin hesabına oturmayıb" deyilib.
Noyabrın 18-də əməkdaşımız yenidən banka müraciət edib, hesabından məbləğin çıxılmasına, lakin serverin cavab verməməsinə dair qəbz olmasına baxmayaraq “qaynar xətt”dən bildirilib ki, həmin tarixdə belə bir əmliyyat baş tutmayıb.
Əməkdaşımız yenidən Mətbuat xidmətinə müraciət edib. Məsələnin bu dəfə də araşdırılacağı deyilib. Uzun çəkən araşdırmanın nəticəsində isə "Kapital Bank"dan gələn cavab belə olub: "Hörmətli müştəri! Təqdim etdiyiniz sənədlər əsasında kartınızdan icra edilmiş əməliyyatın eyniləşdirilməsi mümkün olmadığına görə vəsaitin kart hesabınıza bərpa edilməsi mümkün deyil. Əməliyyatın icra tarixindən sonra 30 təqvim günü ərzində vəsait hesabınıza bərpa edilməzsə, sizə köməklik göstərilməsi üçün müraciət etməyiniz xahiş olunur".
Xatırlatma: Son zamanlar "Kapital Bank" vətəndaşların hesablarından pulların oğurlanması ilə bağlı gündəmə gəlir. Bu da məlumdur ki, "Kapital Bank" noyabrın 27-dən etibarən "Birbank" debet və taksit kartları, eləcə də ko-brend kartları üzrə yeni komissiya tətbiq edəcəyini açıqlayıb. Bankın rəsmi məlumatına görə, şəxsi vəsaitlərin bankomatlarda nağdlaşdırılması və ya digər bank kartlarına köçürülməsi zamanı 1 % komissiya tutulacaq. Bu məbləğ minimum 1 manat (və ya 1 dollar, 1 avro) olacaq. Bildirilir ki, bankın yeni qərarından əvvəl, yəni noyabrın əvvəlində icra edilən və problem yaranan əməliyyatların vaxtının uzadılması, problemin vaxtında həll edilməməsi sırf vətəndaşdan komissiya tutulmasına hesablanıb.
OXŞAR XƏBƏRLƏR

Prezident Kəngərli sakinləri ilə görüşdü – Fotolar
Şikayətlər artır, aktivlər azalır – “Yelo Bank”da nə BAŞ VERİR? – ARAŞDIRMA
“Banka qoyduğum 300 min dollar yoxa çıxıb”
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55