Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Nömrəni söküb avtobus zolağına girən sürücü - Saxlanıldı

Nömrəni söküb avtobus zolağına girən sürücü - Saxlanıldı

Nömrəni söküb avtobus zolağına girən sürücü - Saxlanıldı
2025-11-25 , 17:12

Bakıda qeydiyyat nişanı olmadan idarə edilən avtomobilin görüntüləri yayılıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Səbail rayonunda lentə alınan həmin görüntülər araşdırılıb.
Araşdırmalarla “Changan” markalı, 77-EX-* dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən müharibə veteranı E.Xəlilov müəyyən olunaraq saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib olunmaqla barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.