Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Milyonluq tenderlərin qalibi olan Hacı İlham Şıxseyidovun şirkəti cərimələnə bilər

Milyonluq tenderlərin qalibi olan Hacı İlham Şıxseyidovun şirkəti cərimələnə bilər

Milyonluq tenderlərin qalibi olan Hacı İlham Şıxseyidovun şirkəti cərimələnə bilər
2025-11-26 , 16:09

İş adamı Hacı İlham Şıxseyidovun rəhbərlik etdiyi “Conco” QSC idarəçilik qaydalarını pozduğuna görə barəsində cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, sözügedən QSC İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
“Conco” QSC ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəmsinə göndərilib. İşə 27 noyabr tarixində hakim Anar İbrahimovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, QSC-nin direktoru iş adamı Hacı İlham Şıxseyidovdur. Şirkət Şuşada bərpa-quruculuqla əlaqədar elan edilən milyonluq tenderlərin qalibi olub.
Tərəfləri dinləməyə hazırıq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.