"ATV"yə xəbərdarlıq edildi
Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilmişdir. İclasda "ATV" televiziya kanalının efirində 13 noyabr 2025-ci il tarixdə yayımlanan "Gün ortası" proqramında baş vermiş hal müzakirə olunmuşdur.
Qeyd olunan proqramda qonaq qismində dəvət edilmiş şəxs studiyada aparıcıya məsafədən "enerji ötürmə" üsulunu tətbiq etmiş, aparıcı isə seansdan sonra bu hərəkətləri müsbət formada qiymətləndirmişdir.
Audiovizual Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər "Reklam haqqında" Qanunun 29.8-ci maddəsinin (kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir) pozulması kimi qeydə alınmışdır. Həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu kimi təsdiq olunmuşdur.
Audiovizual Şuranın üzvləri məsələni ətraflı müzakirə etmiş və yekdilliklə belə qənaətə gəlmişlər ki, proqramda nümayiş etdirilən məsafədən "enerji ötürmə seansı" və aparıcının bu "seans"a müsbət reaksiyası həmin üsulun müalicəvi xüsusiyyətə malik olması barədə təsəvvür yarada bilər. Bu isə, "Reklam haqqında" Qanunun 29.8-ci maddəsində təsbit olunan – kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklam edilməsinə yol verilməməsi tələbinin pozulması kimi qiymətləndirilmişdir. Həmçinin, aparıcının nümayiş olunan hərəkətlərin mümkün müalicəvi təsirinə dair fikirləri təşviq edən ifadələr işlətməsi, faktiki olaraq qanunvericiliyin qeyd olunan normasına zidd olaraq belə təsirlərin reklamına şərait yaradan hal kimi dəyərləndirilmişdir.
Sonda Audiovizual Şuranın üzvləri kanalın efirində belə pozuntunun ilk dəfə baş verməsini nəzərə alaraq "ATV" televiziya kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlmiş, bütün yayımçılardan proqramların yayımı zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunmuşdur.
OXŞAR XƏBƏRLƏR

Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Prezidentin cavablandırdığı suallar - Tam mətn
Azərbaycanda vəkilliyin inkişafı “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu – 25 il
Audiovizual Şuradan Baku TV-yə - Xəbərdarlıq
"Space TV" Səidə Bəkirqızının sözlərinə görə CƏZALANDIRILDI
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq - Bu çıxışa görə
"Space TV"nin və "Media FM"in yayımı qanunu pozduğuna görə müvəqqəti dayandırılacaq
Elgizin bu sözlərinə görə ARB-yə xəbərdarlıq olundu - Video
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Dörd televiziya kanalına xəbərdarlıq edildi
Bu televiziya kanallarına xəbərdarlıq edildi - SƏBƏB
“Space TV” efirindəki söyüşə görə cəzalandırıldı - Video
Səidə Bəkirqızına görə “Space TV”-nin yayımı dayandırılacaq - SƏBƏB...
Onlar auditoriya ilə məzələnir... - Bəs nə edək?
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
Hüquq islahatları kontekstində səmərəlilik və müasir inkişaf mexanizmi
Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib
Atasız qızlarla bağlı çıxışına görə - “KANAL S” cəzalandırıldı
Həmid Herisçi Xalq artistinə şeir həsr etdi: “Axtarır onu indi İnterpol” 2026-06-15 , 20:39
Aysellə Sənan dini nikaha daxil oldu - VİDEO 2026-06-15 , 20:31
Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş - VİDEO 2026-06-15 , 20:26
Ərdoğan Azərbaycanı təbrik etdi 2026-06-15 , 20:19
Mahsun Kırmızıgül Bakıda toyda oxudu – Video 2026-06-15 , 20:09
Prezident Zəngəzur dəhlizinin əhəmiyyətini vurğuladı 2026-06-15 , 17:00
Mehriban Əliyevanın sosial media hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi 2026-06-15 , 05:30
Flora Kərimova xəstəxanaya yerləşdirilib 2026-06-14 , 17:03
“Konsertlər davam edir... yalandır" - Sərdar Ortaçdan səhhəti ilə bağlı AÇIQLAMA 2026-06-14 , 17:00
Müşviq Şahverdiyev: "Böyük borca girdim, maşınımı, evimi satmalı oldum" - VİDEO 2026-06-14 , 16:24
Bakıda yağış yağacaq, şimşək çaxacaq 2026-06-14 , 16:20
Qətər İrana 12 milyard dollar TƏKLİF ETDİ 2026-06-14 , 16:19
Pezeşkian: "İrana qarşı iqtisadi müharibə aparılır"
Flora Kərimova xəstəxanaya yerləşdirildi, Mehriban Əliyeva nəzarətə götürdü 2026-06-14 , 16:18
“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır” 2026-06-14 , 15:51
Ağstafa İcra Hakimiyyətinin maraqlı tenderi: 95 ton yerinə, 134 ton sement alınacaq – ARAŞDIRMA 2026-06-14 , 15:50
Heydər Əliyev siyasətinin təntənəsi: müstəqil, suveren və qalib Azərbaycan 2026-06-14 , 03:40
Azərbaycanlı müğənnilərin toy qiymətləri “dodaq uçuqlatdı”: 15 min manat…. – FOTOLAR 2026-06-13 , 20:11
Mehdiyevin ailə bankı BOKT oldu 2026-06-13 , 19:58
Rəqqasə Aygündən ona toxunmaq istəyən kişiyə ETİRAZ – VİDEO 2026-06-13 , 19:57
“Bizdə dünya ulduzu yoxdur, toy ulduzları var” – Tolikdən sərt açıqlama 2026-06-13 , 13:14
Sərdar Ortaçın vəziyyəti ağırlaşdı - hərəkət edə bilmir, xəstəxanaya yerləşdirildi 2026-06-13 , 13:02
Qəşəm Nəcəfzadə: "Kəramət dedi ki, 40 ildir birlikdəsiniz, bezməmisiniz?!" - VİDEO 2026-06-13 , 13:00
Bakıda tikinti şirkəti ilə sakinlər arasında NARAZILIQ - “Qlobal-99 MTK” - VİDEO 2026-06-13 , 12:57
Aynişan yenidən gəlinlik geyindi - VİDEO 2026-06-13 , 12:52
Şəbnəm Tovuzlu səhnədə çətin anlar yaşadı - VİDEO 2026-06-13 , 12:48
"3 ildə 4 dəfə əməliyyat olundum" - VİDEO 2026-06-13 , 12:41
Azərbaycanlı müğənni 340 minlik maşını ilə görüntüləndi - VİDEO 2026-06-13 , 12:38
"Elə kişi yoxdur ki, iri sinə xoşlamasın" - VİDEO 2026-06-13 , 12:34
Azərbaycan kənd təsərrüfatında yeni inkişaf mərhələsi: Prezident İlham Əliyevin strateji baxışı və 2026–2030-cu illər Dövlət Proqramının mahiyyəti 2026-06-13 , 02:19
İradə İbrahimova: "Restoranda 5 mindən çox hesab ödədim" 2026-06-12 , 17:28
Bakı Metropoliteni ilə bağlı 180 milyon dollarlıq kredit sazişi imzalandı - Bu stansiyalar yenidən qurulacaq 2026-06-12 , 17:27
"Qurtuluş"un rəhbəri hakim qarşısında... 2026-06-12 , 16:50
“İnşaat Konstruksiyaları” MMC vətəndaşı belə ALDATDI: “Bizə heç kim bata bilməz” 2026-06-12 , 16:39
"Yaxın saatlarda təkanlar gözlənilir" - Qurban Yetirmişli 2026-06-12 , 16:37
“Nazlanma”nın müəllifindən Vasif və Vəfaya: “Bunlar nə cür müğənnidir?” 2026-06-12 , 16:29
Azərbaycanda güclü zəlzələ oldu - Yenilənib 2026-06-12 , 16:28
"Hansı ixtiyarla xalqımın qarşısına bu geyimdə çıxırsan?" - VİDEO 2026-06-12 , 15:40
Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim” 2026-06-12 , 15:33
"Sənət adamının paxıllıq etməsi ucuzluqdur" 2026-06-12 , 15:31
Məşhur aparıcı ana oldu - VİDEO 2026-06-12 , 15:26
"Mahnımı oxuyub, məni adam yerinə qoymadı" - VİDEO 2026-06-12 , 15:21
Bakıda 25 mərtəbəli binada lift “özəlləşdirildi”: 2-3 nəfər evinə çıxa bilir - VİDEO 2026-06-12 , 15:19
Həmin şagird hoteldə ölübmüş 2026-06-12 , 15:18