Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İcra başçısı işçilərini 3 fəndən imtahan edir? - RƏSMİ AÇIQLAMA

İcra başçısı işçilərini 3 fəndən imtahan edir? - RƏSMİ AÇIQLAMA

İcra başçısı işçilərini 3 fəndən imtahan edir? - RƏSMİ AÇIQLAMA
2025-11-26 , 18:35

Pirallahı Rayon İcra Hakimiyəti İcra başçısı Vasif İmanovun işçiləri tarix, informatika və məntiq fənnlərindən imtahan etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İcra Hakimiyyətindən məsələ ilə bağlı Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aparat əməkdaşlarının fəaliyyətinin daha səmərəli təşkili, xidməti məsuliyyətinin və peşə biliklərinin artırılması, idarəetmənin müasir tələblərə uyğunlaşdırılması üçün maarifləndirmə tədbirləri mütəmadi həyata keçirilir. 
“Maarifləndirmə tədbirləri rəhbərlik və əməkdaşlar tərəfindən yüksək dəyərləndirilir. Dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi və formalaşdırılması prioritet istiqamətlərdəndir. İşçilərin işdən çıxarılması məsələsi gündəmdə deyil”, - deyə açıqlamada qeyd edilib.
Xatırladaq ki, Sitat.info Pirallahı RİH başçısı Vasif İmanovun aparatda çalışanları mütəmadi müxtəlif fənnlərdən test imtahanına cəlb etməsi və zəif nəticə göstərənləri işdən çıxarmaqla təhdid etməsi barədə məlumat yayıb.
Sözügedən xəbərdə şöbə müdirləri də daxil olmaqla 45 nəfər işçininin tarix, informatika və məntiq fənnlərindən imtahana cəlb edildiyi bildirilir.
Məlumatda həmçinin qeyd edilir ki, Vasif İmanov bunun DİM-in tələbi olduğunu bildirir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.