Ramiz Mehdiyevin yaratdığı şərait, Gültəkin Hacıbəylinin qurduğu səltənət - Sabiq deputat pay torpaqlarında da ev tikib
Prezident Administrasiyasının keçmiş rəhbəri, vətənə xəyanət və bir sıra digər ağır ittihamlarla hazırda ev dustaqlığında olan Ramiz Mehdiyevin kadrı hesab olunan şəxslərin siyahısında keçmiş deputat, hazırda müxalifət cəbhəsində olan Gültəkin Hacıbəylinin də adı var.
Ölkə mediasında yayımlanmış məlumatlara görə Gültəkin Hacıbəyli ilə Ramiz Mehdiyevin əlaqələri hələ uzun illər əvvələ gedib çıxır. Belə ki, G.Hacıbəylinin deputat seçilməsində R.Mehdiyevin də xeyir-duası olub. Bu əlaqələr G.Hacıbəyli deputat olduqdan sonra daha da dərinləşib. Üzə çıxarılmış faktlardan görünür ki, Ramiz Mehdiyevin birbaşa sahibi olduğu binalarda Gültəkin Hacıbəyliyə iki ev hədiyyə edilib. Məlumatlarda həmin evlərin ünvanları və fotoları da yer alıb. Araşdırmalarımız onu deməyə əsas verir ki, Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə təkcə Bakı şəhərində evlər hədiyyə etməklə kifayətlənməyib, ona bir vaxtlar deputatı olduğu Goranboy rayonunda da mal-mülk və hektarlarla torpaq sahibi olması üçün də geniş şərait yaradıb. Xatırladaq ki, Gültəkin Hacıbəyli deputat kimi məhz Goranboy rayonu 96 saylı Seçki Dairəsini təmsil edib.
Təsadüfi deyil ki, goranboylular Gültəkin Hacıbəylini ancaq şəxsi maraqlarını güdmüş, hektarlarla əraziləri zəbt edib sonra həmin torpaq səhələrini hissə-hissə satışa çıxaran deputat kimi xatırlayırlar. Gültəkin Hacıbəylinin Goranboydakı səltənətinə daxil olan evlər və torpaq səhələrinin bir neçəsinə diqqət etsək, o, bütün bunları Ramiz Mehdiyevin xeyir-duası ilə deputat seçildikdən sonra əldə edib. Bu adamın hətta pay torpaqları üzərində özünə evlər tikməsinə də şərait yaradılıb. Gültəkin Hacıbəyliyə əvvəlcə Goranboy rayonunda 58-ci məhəllə adlanan ərazidə 80 sot torpaq səhəsi ayrılıb. Sakinlər bildirirlər ki, sonra o, bu ərazini hissə-hissə satıb, özünə 16 sot saxlayıb. Həmin torpaq sahəsinin 8 sotu Gültəkin Hacıbəylinin bacısı Aytən Hacıyevanın adınadır, 8 sotu isə öz adınadır.
Gültəkin Hacıyevanın deputat olduğu dönəmdə Goranboyda sahibləndiyi torpaq sahələrindən biri də rayonun Xanqərvənd kəndindədir. Söhbət 1 hektara yaxın ərazisi olan pay torpaqlarından gedir ki, burada o özü üçün bağ evi tikdirib. Təsəvvür edirsiz, əkin üçün nəzərdə tutulan torpaqda Gültəkin Hacıbəylinin yaşayış evi tikdirməsinə kimsə qarşı çıxmayıb. Görünür, tapşırıq yuxarıdan bərk verilibmiş. Ramiz Mehdiyevin patronajı altında olan deputata kim nə deyə bilərdi ki…
Gültəkin Hacıbəylinin Goranboyda malik olduğu və bilavasitə Ramiz Mehdiyevin tapşırığı ilə ona ayrılmış digər torpaq sahəsi isə rayonun Nadirkənd kəndindədir. Buradakı ərazi isə nə az, nə çox düz 5 hektardan ibarətdir. Yerli sakinlərin verdiyi məlumata görə, həmin ərazidə Gültəkin Hacıbəyli ticarət mərkəzi inşa etdirəcəkmiş. Lakin növbəti dəfə deputat seçilə bilmədiyinə görə işlər yarımçıq saxlanılıb. Gültəkin Hacıbəyliyə deputat olduğu illərdə təkcə torpaq sahələrinə sahiblənməsi ilə yanaşı, özünə biznes qurması üçün də şərait yaradılıb. Bu şərait də ona imkan verib ki, Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində böyük bir daş-gips karxanasına sahiblənsin.
Gültəkin Hacıbəylinin tikintisinə başlada bilmədiyi digər Ticarət Mərkəzi isə Goranboyun məşhur Goran dairəsində olmalıymış. Bizə təqdim olunan məlumata görə, burada Gültəkin Hacıbəyliyə məhz deputat olduğu dönəmdə 500 kv m ərazi ayrılıb. Lakin növbəti dəfə mandat əldə edə bilməməsi burada da inşaat işlərinin aparılmasına imkan vermir.
Göründüyü kimi, bu gün günahsız mələk, insan hüquqlarının müdafiəçisi, korrupsiya və rüşvətxorluğa qarşı barışmaz mübariz obrazı yaratmış Gültəkin Hacıbəyli millətə vəkillik etməli olduğu illərdə ağsaqqalı Ramiz Mehdiyevin yaratdığı unikal şəraitdən yaralanaraq Goranboyda özünə əməlli-başlı səltənət qurub.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib – ŞOK
Gültəkin Hacıbəylinin polis bölməsindən GÖRÜNTÜLƏRİ YAYILDI
Ramiz Mehdiyevin xəyanət dosyesi...
Ramiz Mehdiyevin Ukraynada “imperiyası” üzə çıxır
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Mehdiyevin hakimiyyətdə gizlənən komandası: KİMLƏRDİR?
Gəzmədiyi nazirlik qalmayıb — Ramiz Mehdiyev oğlunu hakimiyyətə hazırlayırdı?
Ramiz Mehdiyevin xəyanət komandası: Rusiyanın Bakıda qurduğu 5-ci kolon ləğv edilir, daha kimlər həbs ediləcək...
Mehdiyevin Qəbələdə 3 villası varmış – Ən dəbdəbəlisini nazir hədiyyə edib
Əli Həsənovu bəsləyən Nurlan Həsənov kimdir? – SENSASİON FAKTLAR
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55