Deputatdan Əli Kərimlinin saxlanmasına REAKSİYA
Ramiz Mehdiyev və Əli Kərimli formal olaraq fərqli ideologiyaların təmsilçiləri kimi görünsə də, onların uzun illər ərzində formalaşdırdığı siyasi davranış xətti əslində eyni məqsədlərə xidmət edən və bir-birini tamamlayan strategiyalar üzərində qurulub.

Trubuna-nın məlumatına görə, bu sözləri deputat Kamal Cəfərov bildirib. O qeyd edib ki, Əli Kərimli daim institusional siyasi prosesdən kənarda qalaraq radikal ritorika və kütləvi təzyiq taktikasına üstünlük verən xətti ilə tanınıb:
“Bu paralel iki siyasi xətt əslində strateji səviyyədə bir-birini tamamlayan davranış modellərini ortaya qoydğunu göstərir: hakimiyyətə təsir göstərmək iddiası, siyasi institutları deyil, şəxsi nüfuz amillərini önə çıxarmaq, daxili sabitliyi pozmağa yönəlmiş davamlı gərginlik mühiti yaratmaq, xarici regional proseslərdən isə daxili siyasi təzyiq vasitəsi kimi istifadə etmək. Bu oxşarlıqlar onların fəaliyyətində təsadüfi paralellər deyil, sistemli şəkildə uzlaşan eyni siyasi xətdir.
Bu mənzərəni göstərən ən sadə nümunələrdən biri Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrlərdə AXCP-nin mitinq fəaliyyətinə yaradılan süni “pəncərələr”, ictimai rezonansın şişirdilməsi, mitinq iştirakçıları ilə bağlı saxta statistik təqdimatlardır.
Eyni zamanda, vaxtilə gündəmə gətirilən Qafqaz baharı, Rusiyada yaradılan “Milyarderlər İttifaqı”, “Ziyalılar Forumu”, “Milli Şura” layihəsi və digər keçməyən təşəbbüslər həmin dövrdə ölkədə baş verən gərginliklərin arxasında xaricdən idarə edilən anti-milli əməkdaşlıq mexanizminin və xəyanətin dayandığını göstərir.
Ramiz Mehdiyev və Əli Kərimli xəttinin son aylarda yenidən aktivləşməsi də təsadüfi deyil və regionda baş verən geosiyasi dəyişikliklərin yan təsiridir”.
Deputat əlavə edib ki, hazırda Cənubi Qafqaz ciddi transformasiya mərhələsindən keçir; regional güclər arasında balansın dəyişməsi, xüsusilə də Rusiya–Ukrayna müharibəsinin post-konflikt mərhələsinə keçid etməsi fonunda Moskvanın bölgədə təsir dairələrini yenidən bərpa etmək cəhdlərinin güclənəcəyi ehtimal olunur:
“Belə bir şəraitdə, xüsusilə də radikal mövqeləri və qeyri-institusional davranış ənənələri ilə tanınan yerli anti-milli siyasi aktorların, Rusiyada yaşayan azərbaycanlıların və bəzi diaspora nümayəndələrinin bu məsələdə alətə çevriləcəyi ehtimalı ciddidir.
Açıq demək lazımdır ki, Ramiz Mehdiyev–Əli Kərimli xəttində illərdir müşahidə edilən paralellər, onların siyasi davranış modelləri və bu davranışların xarici təsir tərəfindən idarə edilməsi artıq təkcə siyasi müzakirə məsələsi deyil — bu, dövlət təhlükəsizliyi məsələsidir.
Ümid edirik ki, Azərbaycan dövlətinə qarşı olan xəyanətin çərçivəsi, o cümlədən Ramiz Mehdiyevə hələ də gizli formada dəstək verən, gizli qapılar arxasında rəğbətini açıq formada ifadə edən, xarici dövlətlərin tapşırığını hər an icra etməyə hazır olan və barələrində ciddi nüfuzdan salacaq materiallar mövcud olan şəxslərin dairəsi də qısa zamanda müəyyənləşərək haqlarında zəruri hüquqi tədbirlər görüləcəkdir.
Dəyişən dünya nizamında Azərbaycan dövlətinin güclü, ədalətli və ən əsası müstəqil siyasətinə qarşı mübarizə aparan ölkə daxilində bütün radikal qrupların və təsir dairələrinin vaxtında zərərsizləşdirilməsi milli təhlükəsizlik baxımından tamamilə legitimdir və həyati əhəmiyyət daşıyır”.
Gülşən Rəsul
OXŞAR XƏBƏRLƏR

Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib – ŞOK
Ramiz Mehdiyevin xəyanət dosyesi...
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Ramiz Mehdiyev–Əli Kərimli xətti: Dövlətə qarşı gizli siyasi şəbəkə araşdırılır - Onlar Kremlin hansı sifarişlərini yerinə yetirirdilər?
20 Yanvar faciəsindən bir gün öncə... - "Ramiz Mehdiyevin "şinel"indən çıxan Əli Kərimli..."
Mehdiyevin hakimiyyətdə gizlənən komandası: KİMLƏRDİR?
Daxili təhdidlər və milli kimliyin qorunması – İdeoloji suverenliyin müdafiəsi üçün ZƏRURİ ADDIMLAR
Sərdar Cəlaloğlu Əli Kərimli və Mehdiyev barədə SİRLƏRİ AÇDI
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
Deputat: “Əli Kərimlinin evində axtarış aparılması ölkə daxilində asayişin təminatına xidmət göstərir”
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55