Deputat Gültəkin Hacıbəyli ilə bağlı şok faktları açıqladı- Əmlaklarının siyahısı
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Gültəkin Hacıbəylinin malik olduğu iddia edilən əmlakların siyahısının da əks olunduğu müəllif yazısı yazıb.
“Ay Gültəkin, vay Gültəkin...
Nə günlərə qaldın sən?
Eqo, hikkə, təkəbbür səni haralara qədər endirdi, hansı rəzilliklərə qədər yuvarladı?
Bədbəxt adam!
Bir xəyanət qalmışdı, artıq o mövzuda da ismin keçir...
Hərgah, niyə və nəyə təəccüblənirik?!
Gültəkin – həmin Gültəkindir ki, bir vaxtlar YAP - ın mitinqində söylədiyi nitqi 10 il sonra nöqtəsinə - vergülünə belə toxunmadan “Milli Şura”nın mitinqində təkrarlamağı bacarıb.
Gültəkin – həmin buqələmundur ki, ingilis dili müəllimliyindən “ingilis bayrağı”na qədər böyük bir yol qət edib.
Gültəkin – həmin “işbaz”dır ki, vaxtilə deputat seçildiyi dairədəki obyektlərinin sayı seçicilərinin sayından daha çox olub.
Gültəkin – həmin nankordur ki, rəhmətlik Anar Məmmədxanovun yasında: “Hakimiyyət əlimdən hər şeyi alıb, sadəcə aylıq 30 - 40 minlik cib xərci (!) saxlayıb” - şikayətində bulunub. Riyakarcasına. Meşşancasına. Utanmazcasına.
(Haqqında bəhs etdiyi 30 - 40 min isə...kirayə verdiyi obyektlərdən və mənzillərdən gələn vəsait imiş)
Gültəkin – həmin saxtakardır ki, onu bu gün danışdıran səbəb - nə millət sevgisidir, nə də iddia elədiyi və guya dözə bilmədiyi haqsızlıq.
Onu danışdıran - MANDATSIZLIQDIR!
Sadəcə və sadəcə mandatsızlıq!
***
Təxminən 2 il əvvəl, Amerikadan veriliş yayımlayan “çeburaşka” (oxu: Sevinc Osmanqızı) Hacıbəyliyə sual ünvanlamışdı ki, necə oldu, müxalifətə keçdiniz?
Adam belə bir cavab vermişdi: “Adımı təmizləmək üçün...”
Riyakar insan!
Gəl, sənə “təmiz” və “sadə” keçmişindən sadəcə qısa ştrix(lər) xatırladım:
Dövlətdən alınan 3 mənzil.
Dilarə Əliyeva küçəsində (179 və 187 kv.m) 2 mənzil.
Yasamal rayonu, İnşaatçılar Prospektində (72 kv. m) 1 mənzil.
Səbail rayonu, Mehdi Hüseyn küçəsində (120 kv.m) 1 mənzil.
Nəsimi rayonu, Səməd Vurğun küçəsində (150 kv.m) 1 mənzil.
Şeyx Şamil küçəsində ucu - bucağı olmayan ofis.
Mehdiabadda (12 + 12 + 9), Goradildə 30, Xırdalanda 60, Şamaxının Qalebuğurd kəndində 12 sot torpaq.
Goranboyun az qala yarısı, restoranlar, daş karxanaları, su dəyirmanları...
Və daha bilmədiyimiz nələr - nələr...
2 çağırış deputatlıq müddətində icra başçıları, nazirlər, iş adamları sənin əlindən dad çəkib e, dad – ay “təmiz adam”!
Xəbərin varmı?!
İllərlə çökmüsən, hamının üzərinə. Tutduğundan qamarlamısan, tutmadığını, əlinə keçməyəni isə... ya “qaralamısan” ya şantaj eləmisən, ya da sonrakı etapa saxlamısan - Ramiz “dayı”sının ərköyün balası!
Fərqindəsənmi?!
Xatırlayıram, bir dəfə Cəmil Həsənli də oxşar mövzuda pafos üfürmüşdü. Ki, “Prezidentin verdiyi ordendən imtina edirəm...”
Və o zaman dediyim sözləri yenidən bu minsifətlilərin (həm yaramaz Gültəkinin, həm də “siyasi bomj” Cəmilin) yadına salmaq istəyirəm: Cəsarətiniz varsa, deputat kimi dövlətdən aldığınız evlərdən, bağlardan imtina edin. Elə təpərlisinizsə, bəyənmədiyiniz Parlamentin keçmiş mandatından, həmin mandatın sizə qazandırdığı, qazandıracağı imtiyazlardan (konkret: pensiyadan) imtina edin. Hünəriniz çatırsa, 5 - cə il müddətində yırtıcı kimi yağmaladığınız obyektlərdən imtina edin. Əlqərəz, pulla, maddiyyatla bağlı nədənsə imtina edin...
Edərsinizmi? Edə bilərsinizmi? - Əsla!
Çünki, “maraq adamı”sınız. Çünki, sizin “sədaqətiniz” işiniz keçənə qədərdir.
Çünki namərdsiniz, nanəcibsiniz, nankorsunuz!
Çünki xəyanətkarsınız!
***
Ona görə də bilin və agah olun:
Nə hazırda tökdüyünüz “timsah göz yaşları” köməyinizə çatacaq.
Nə də İstanbuldan, deportasiya otağından açıqlamalar yayıb, 2 dövlət arasındakı münasibətləri şantaj eləməyə yönəlmiş uğursuz, məkrli cəhdləriniz...
***
Gələcəksən, Gültəkin!
Quzu balası kimi gələcəksən!
Az qaldı.
Əmin ol...”
Elşən Musayev, Milli Məclisin deputatı,
Demokratik, Maarifçilik Partiyasının sədri
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Ramiz Mehdiyevin yaratdığı şərait, Gültəkin Hacıbəylinin qurduğu səltənət - Sabiq deputat pay torpaqlarında da ev tikib
Rus faşizmi - Putin Rusiyası bölgə üçün ciddi təhdidə çevrilib - Müharibə başladı
Gültəkin Hacıbəylinin polis bölməsindən GÖRÜNTÜLƏRİ YAYILDI
“Oqtay Əsədov dedi ki, Ramiz Mehdiyev sənin əleyhinədir...”
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Yoqa, gilas, Qaçaq Nəbi... - Nə ilə yadda qalıblar?
Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55