Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Əli Kərimli barəsində vəsatət təmin olunmadı

Əli Kərimli barəsində vəsatət təmin olunmadı

Əli Kərimli barəsində vəsatət təmin olunmadı
2025-12-10 , 16:13

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edilib.

Bu gün Səbail Rayon Məhkəməsində vəsatətə baxılıb.
Qərara əsasən, vəsatət təmin edilməyib.
Qeyd edək ki, DTX tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Hər iki şəxs Ramiz Mehdiyev barəsində DTX-də başlanılmış cinayət işi çərçivəsində saxlanılıb.
Ə.Kərimli barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.