Mehdiyevi xəyanətə sürükləyən 3-5 milyardlıq sərvəti – “Boz kardinal”ın istintaq sirləri
Azərbaycanın son onilliklərdəki ən qalmaqallı siyasi fiqurlarından biri olan Ramiz Mehdiyev haqqında istintaq materialları və ictimai müzakirələr onun milyardlıq sərvət imperiyasının miqyası barədə ciddi suallar doğurur.
Yenilik.az Müsavat.com-a istinadən xəbər verir ki, Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi – Cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda əmlakı leqallaşdırma maddəsi ilə ittiham verilməsi də təsadüfi deyil. 20 ildən artıq Prezident Administrasiyasına rəhbərlik etmiş, dövlətin bütün mühüm qərar mexanizmlərinə təsir imkanına malik olan Mehdiyevin bu dövrdə topladığı sərvətin həcmi, sadəcə, şəxsi deyil, həm də klan səviyyəsində bir iqtisadi şəbəkə yarandığını göstərir. 1990-cı illərin sonlarından başlayaraq Mehdiyev Azərbaycan dövlət aparatında ideoloji və inzibati nəzarətin əsas mərkəzinə çevrilmişdi. Onun kurasiyasında formalaşan elmi-texnokrat kadrlar, illər keçdikcə icra hakimiyyətlərindən tutmuş dövlət şirkətlərinə qədər müxtəlif strukturlarda əsas mövqeləri ələ keçirdilər.
Bu sistemin xüsusiyyəti ondan ibarət idi ki, hər məmur öz “xidmətinə” görə həm siyasi, həm də iqtisadi rüsum ödəyirdi. Həmin dövrü yaxından tanıyan sabiq məmurların sözlərinə görə, PA rəhbərinin adı çəkiləndə tenderlərdə vəziyyət bir anın içində onun kadrının xeyrinə dəyişirdi. Yəni əgər hər il dövlət büdcəsindən milyardlarla manatlıq layihələr onun nəzarəti altında təsdiqlənirdisə, bu vəsaitin müəyyən faizi geri qayıdırdı.
2010-2020-ci illərdə Azərbaycan iqtisadiyyatı neft pullarının axını ilə genişlənərkən, Mehdiyev ailəsinin və yaxın çevrəsinin ofşor zonalarda aktivləşdiyi barədə sənədlər yayıldı. Qəbələdəki milyonluq villa, Bakıda yüksək qiymətli daşınmaz əmlaklar, kürəkəni İlham Əlisəftər oğlu Əliyevin Prezident Administrasiyasının şimal zonasını kuratoru, sonradan deputatı ola-ola iş adamı kimi fəaliyyəti bu imperiyanın maddi izlərini ortaya qoyur. Mənbələrin təxminlərinə görə, Mehdiyev ailəsinin və ona yaxın məmurların əmlak portfelinin ümumi dəyəri 3-5 milyard dollar aralığında ola bilər. Bu məbləğ təkcə daşınmaz əmlak və müəssisələrdən ibarət deyil, həm də xarici banklarda və “kağız üzərində” şirkətlərdə saxlanılan aktivləri əhatə edir. Ramiz Mehdiyevin rəhbərlik etdiyi illərdə Prezident Administrasiyasına yaxın onlarla icra başçısı, rektor, elmi institut direktoru və dövlət şirkəti rəhbəri onun kadrı idi və hər ay onunla hesablaşırdı. Onlardan bəziləri artıq istintaqa cəlb olunub, digərlərinin də cəlb olunacağı gün uzaqda deyil.
Bu məmurların ümumi sərvətinə baxanda mənzərə daha aydın olur. Bakıda və Abşeronda çoxmilyonluq torpaq sahələri; dövlət tenderlərindən pay alan qohum şirkətlər; xarici təhsil adı ilə köçürülən böyük məbləğlər; “elm və akademiya” pərdəsi altında gizlədilmiş kommersiya layihələri və s.
Əgər bu sistem 2000-2020-ci illər ərzində sabit şəkildə fəaliyyət göstəribsə, klanın illik qeyri-rəsmi gəliri təxminən 150-200 milyon dollar civarında ola bilərdi. Mehdiyevin ətrafı onu “alim” və “dövlət ideoloqu” kimi təqdim etməyə çalışsa da, barəsindəki istintaq göstərir ki, onun illərlə topladığı sərvət sırf elmi fəaliyyətlə izah edilə bilməz. Əksinə, bu sərvət dövlət resurslarının şəxsi maraqlara yönəldilməsi, klan idarəçiliyi və siyasi nəzarətin iqtisadi alverə çevrilməsinin nəticəsidir. Ramiz Mehdiyev bu illər ərzində nə qədər vəsait toplaya bilərdi sualının cavabı, bəlkə də, bir nəfərin yox, bir sistemin sərvəti ifadəsində gizlənib. Çünki Mehdiyevin əlində toplanan vəsait sadəcə külli miqdarda qeyri-leqal pul deyil. Azərbaycan dövlətindən onilliklər ərzində oğurlanan vəsaitdir.
Mehdiyevə qarşı irəli sürülən ittihamlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ağır cinayətlər kateqoriyasına daxildir və hər biri üzrə nəzərdə tutulan sanksiyalar uzun illər həbs cəzasını nəzərdə tutur.
Cinayət Məcəlləsinin 278.1-ci maddəsi - Dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdir. Yəni, Azərbaycan Respublikasının Konstitusiya quruluşunu zorla dəyişdirməyə və ya dövlət hakimiyyətini zorla ələ keçirməyə yönələn hərəkətlərdən söhbət gedir. Belə əməllər 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalandırılır. Bu maddə üzrə ən ağır sanksiya ömürlük həbsdir.
Cinayət Məcəlləsinin 274-cü maddəsi dövlətə xəyanət adlanır. Azərbaycan Respublikasının suverenliyinə, ərazi toxunulmazlığına, müdafiə qabiliyyətinə və ya dövlət təhlükəsizliyinə zərər vurmaq məqsədilə düşmən tərəfə keçmə, casusluq etmə və ya digər yardımlar göstərmə kimi cinayətləri ehtiva edir. Belə əməllər 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu maddə də ən yüksək kateqoriyalı, xüsusilə ağır dövlət cinayətidir.
Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda əmlakı leqallaşdırma adlanır. 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə və əlavə olaraq əmlakın müsadirəsi və ya vəzifə tutma hüququndan məhrumetmə ilə cəzalandırılır.
Əgər ittihamlar bütün maddələr üzrə sübuta yetirilərsə, məhkəmə cəzalardan birini qismən və ya tam şəkildə birləşdirilmiş qaydada təyin edə bilər. Bu halda Ramiz Mehdiyevi ümumilikdə 20 ildən az olmayaraq, real azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyə bilər.

Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib – ŞOK
Daxili təhdidlər və milli kimliyin qorunması – İdeoloji suverenliyin müdafiəsi üçün ZƏRURİ ADDIMLAR
Ramiz Mehdiyevin xəyanət dosyesi...
AXCP və Müsavat fəaliyyətini dayandırmalıdır...
Mehdiyevin hakimiyyətdə gizlənən komandası: KİMLƏRDİR?
Mehdiyevin Qəbələdə 3 villası varmış – Ən dəbdəbəlisini nazir hədiyyə edib
Ramiz Mehdiyevin xəyanət komandası: Rusiyanın Bakıda qurduğu 5-ci kolon ləğv edilir, daha kimlər həbs ediləcək...
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Ramiz Mehdiyevin milyonluq hədiyyələri - icra başçılarının tikdirdiyi villalar və mənzillər — SİYAHI
Ramiz Mehdiyevin Ukraynada “imperiyası” üzə çıxır
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55