Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » QKU tələbələri Zoologiya İnstitutunda təcrübə keçiblər

QKU tələbələri Zoologiya İnstitutunda təcrübə keçiblər

QKU tələbələri Zoologiya İnstitutunda təcrübə keçiblər
2025-12-23 , 18:12

Qərbi Kaspi Universitetinin tələbələri Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunda təcrübə keçiblər. 

Təcrübə çərçivəsində tələbələr “Azərbaycanın balıqçılıq təsərrüfatı”, “Balıqların yemləndirilməsinin müasir metodları” və “Hidrobiontların ekologiyası” fənləri üzrə əldə etdikləri nəzəri bilikləri real elmi-tədqiqat mühitində tətbiq etmək imkanı qazanıblar.
Praktiki dərslər zamanı balıqçılıq təsərrüfatının mövcud vəziyyəti, yemlənmə strategiyalarının effektivliyi, həmçinin su orqanizmlərinin ekoloji xüsusiyyətləri barədə ətraflı məlumatlar verilib.
Tədris prosesində Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının əməkdaşları da fəal iştirak edərək tələbələri laboratoriya şəraitində aparılan tədqiqatlar, istifadə olunan müasir avadanlıqlar və metodlarla yaxından tanış ediblər. Bu isə tələbələrin praktiki bilik və bacarıqlarının formalaşdırılmasına mühüm töhfə verib.
Təcrübə Təbiət elmləri kafedrasının təşkilatçılığı ilə həyata keçirilib.





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.