“Elit tort ləvazimatları” körpələr üçün vaxtı keçmiş şokalad satır — FOTO
30 dekabr 2025-ci il tarixində paytaxtın Nəsimi rayonu, 28 May filialında yerləşən “Elit Tort Ləvazimatları” mağazasından alış-veriş edən müştəri Sevinc Allahverdiyeva vitrində yerləşdirilən şokoladların təzə olub-olmaması ilə bağlı kassirə xüsusi olaraq müraciət edib.
Görmə problemi səbəbilə məhsulun üzərindəki son istifadə tarixini oxuya bilmədiyini, həmin anda eynəyinin üzərində olmadığını bildirən müştərinin sözlərinə görə, kassir bu məlumatı eşitməsinə baxmayaraq məhsulu satışa təqdim edib.
Qeyd olunur ki, kassadan verilən çekdə də göründüyü kimi, müştəri həmin məhsuldan 4 ədəd alıb və uzun müddətdir mağazanın daimi müştərisidir.

Hadisə ictimai narahatlıq doğurduğundan məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov suallarımızı cavablayıb.
Belə vəziyyətlə üzləşən vətəndaş ilk olaraq hansı addımları atmalıdır?
Azərbaycanda bu tip halların qarşısını almaq üçün nəzarət mexanizmləri yetərlidirmi?
E. Hüseynovun sözlərinə görə, istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu, eləcə də beynəlxalq qanunlarda istehlakçının mal haqqında müfəssəl informasiya almaq hüququ tanınır. Qanunlarda göstərilir ki, satıcı istehlakçının tələbi əsasında mal haqqında müfəssəl informasiyaya malik olmalı, bunu istehlakçıya ötürməlidir.
Ekspert ölkədəki vəziyyəti analiz edərək qeyd edib:
“Çox təəssüflər olsun ki, Azərbaycanda bisnes qurumlara elə ərkəsöyün şərait yaradılıb ki, onlar istehlakçı hüquqlarını tanımaq istəmirlər. Və istehlakçıya yeriyən pul kisəsi kimi baxırlar. Bunun da səbəbi ölkədə istehlakçı siyasətinin zəif olmasından qaynaqlanır. İstehlakçıların müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul edilib. Ondan sonra edilən dəyişikliklər istehlakçıların zərərinə olub. Belə bir şəraitdə biznes qurumları vəziyyətdən sui-istifadə edib istehlakçının iradına, təklifinə, tələbinə əməl etmirlər. Bu kimi hallarla bağlı hər gün çox sayda şikayətlər gəlir. Bu qanun pozuntusudur. Əgər xanım dövlət orqanlarına müraciət edərsə, bu kimi işlərə baxan dövlət orqanı olan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir. Vətəndaşlar hüquqlarının pozulduğu zaman (012 599 76 00) əlaqə nömrəsinə müraciət etsin və hüququnun qorunması üçün problemlər barədə onlara məlumat versin.
Ağıllı biznes sahibi istehlakçını özünün şəriki hesab etməlidir. Və bilməlidir ki, biznesi mövcud edən biz istehlakçılarıq. Dövlət qurumları da bilməlidirlər ki, dövləti, ordunu, büdcəni dolduran biz istehlakçılarıq. Ona görə də istehlakçının səsi ən ali dövlət orqanlarında eşidilməlidir.”
Hadisə ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Nəsimi filialında yerləşən “Elit tort ləvazimatları” ilə əlaqə saxlayaraq çekləri və vaxtı keçmiş məhsulu təqdim etdik.
Sorğumuza cavab olaraq bildirilib:
“Bizdə hər il 1 qutu şaxta baba şokaladı gəlir və satılıb bitir. Vaxtı keçmiş mal ola bilməz. Bu bizim şaxta baba deyil. Əgər belə hal varsa, müştəri əlaqədar qurumlara şikayət etsin. Bizdə olan şaxta babanın sertifikatı belə var. Əlaqədar quruma müraciət edilsin.”





OXŞAR XƏBƏRLƏR

Arzu Əliyeva uşaqları belə sevindirdi – Fotolar
“Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Leyla Əliyeva Omandadır – Fotolar
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Bu marketdə saxta araqlar satılırmış – FOTOLAR
Nəsimi rayonundakı yaşıllıqlar təhlükədə… “İcazəni kim verib bunlara?” – Memar
Marketlərdə qiymət oyunu: Vitrində 1 manat, kassada 4
“Bakcell”in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub – FOTOLAR
“KFC”nin Nizami küçəsindəki filialında anti-sanitar vəziyyət… Müştərilər imtina edir – Foto
“Adore”da müştəriyə 281 manata saxta ətir satdılar – İDDİA
“Baku Electronics”dən “qızıl zəmanət” FIRILDAĞI-FOTO
İlham Əliyev “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməlini qoyub – FOTOLAR
"Kontakt Home"dan şikayətlər artıb - bu dəfə...
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55