Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bu marketdə saxta araqlar satılırmış – FOTOLAR

Bu marketdə saxta araqlar satılırmış – FOTOLAR

Bu marketdə saxta araqlar satılırmış – FOTOLAR
2025-12-11 , 17:46

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Astara rayonunun Pensər kəndində Şərafət Mərhəldə qızı Nəcəfovaya məxsus marketdə yoxlama aparıblar.

Agntliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, marketdə ümumi sayı 91 ədəd “Golf Organic”, “Vip Line”, “Orginal Natura”, “Piterskaya”, “Wheat Water” və ”Organic Brand” əmtəə nişanlı saxta alkoqollu içki aşkar edilib. Saxta içkilər satışdan kənarlaşdırılıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim olunub.
Araşdırmalar davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.