Məmurdan vətəndaşa qarşı soyğunçuluq – Prezidentin tapşırığına məhəl qoyulmur - VİDEO
Sumqayıtda küçə ticarətinə qarşı reyd sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bakupost.az xəbər verir ki, reydlər zamanı məmur alma dolu yeşiyi dükanın içərisinə aparmaq istəyən şəxsi saxlayıb, məhsulun artıq onun olmadığını və yükün müsadirə edildiyini bildirib.
“Məhsulu hara aparırsan? Vətəndaşın piyada səkisində satırsansa, bu sənin deyil. Ora aparma, maşına qoy”, – deyə məmur bildirib.
Hadisə zamanı mağazanın qarşısındakı səkinin daraldılmasını bəhanə etməklə məhsulların müsadirə olunması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri məmurun satıcıya qarşı kobud rəftarını tənqid edib, meyvə yeşiklərinin məhkəmə qərarı olmadan müsadirəsinin Azərbaycan Konstitusiyasına zidd olduğunu bildiriblər.
Mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında hüquqşünas Cavanşir Qasımzadə bildirib ki, videoda vəzifəli şəxs və dövlət məmurunun etdiyi hərəkət həm prezidentimizin tapşırıqlarına, həm də qanunvericiliyə ziddir:

“Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrindən aydın olur ki, əmlak müsadirəsi yalnız məhkəmə qərarı əsasında həyata keçirilir və tam müsadirə yalnız dövlət əhəmiyyətli ehtiyac üçün həyata keçirilə bilər. Burada dövlət məmurunun “bu mal artıq sənin deyil” ifadəsi həm qanuna ziddir, həm də düzgün deyil. Həmin küçədə ticarət edən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə qanunsuz küçə ticarəti üzrə inzibati protokol tərtib edilməli idi və həmin inzibati xəta üzrə inzibati xarakterli tədbir olaraq cərimə nəzərdə tutulub. Ona görə burada ümumiyyətlə əmlakın müsadirəsindən söhbət gedə bilməz".
C.Qasımzadənin sözlərinə görə, vətəndaşlar bəzən götürmə/götürülmə hərəkətini əmlakın müsadirəsi ilə qarışdırır:
“Burada götürmə ola bilər, çünki inzibati xətanın törədilməsində həmin əmlak birbaşa obyektdir. Onu götürə bilər, lakin bu da protokol vasitəsilə olmalıdır. Protokol tərtib olunmalı, hal şahidi və çəkiliş aparılmalıdır. Burada çəkiliş var, amma o, götürmə hərəkətinin protokollaşdırılması üçün olan çəkiliş deyil. Belə ki, protokol tərtib olunmalıdır, qol çəkilməlidir. Amma biz videoda bunların heç birini görmürük. Və bu da müvəqqəti olmalıdır, daimi ola bilməz”.
Hüquqşünas sonda təkrar vurğulayıb ki, “Bu mal artıq sənin deyil” ifadəsi prezidentimizin vəzifəli şəxslərin davranışlarına dair birbaşa göstərişlərinə, eləcə də qanunvericiliyə və etik normalara ziddir.
OXŞAR XƏBƏRLƏR

Sumqayıtda küçə ticarətinə qarşı mübarizədə ilginc hadisə:Alma yeşiyi sahibkarın əlindən alındı-VİDEO
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Əməl hansı halda quldurluq, hansı halda soyğunçuluq kimi qiymətləndirilməlidir? - Ali Məhkəmədən mühüm qərar
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
"Mərkəzdə olar, ucqarda olmaz?" - Sumqayıtda küçə ticarəti ilə mübarizə narazılıq yaratdı - VİDEO
İcbari Tibbi Sığorta Agentliyinin göndəriş oyunbazlığı - "Sən pulu ödə, həkimi biz seçəcəyik"
Qaradağda narazılıq - İcra başçısı 60-a yaxın vətəndaşın torpağını əlindən aldı - VİDEO
Prezidentin icra başçıları ilə görüşünün analizi: idarəçilikdə yeni mərhələnin konturları
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirildi - FOTO
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Sumqayıtda qanunsuz küçə ticarətinə selektiv, ya vahid yanaşma? (PROBLEM)
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55