Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Sumqayıtda küçə ticarətinə qarşı mübarizədə ilginc hadisə:Alma yeşiyi sahibkarın əlindən alındı-VİDEO

Sumqayıtda küçə ticarətinə qarşı mübarizədə ilginc hadisə:Alma yeşiyi sahibkarın əlindən alındı-VİDEO

Sumqayıtda küçə ticarətinə qarşı mübarizədə ilginc hadisə:Alma yeşiyi sahibkarın əlindən alındı-VİDEO
2026-01-18 , 17:40

Sumqayıtda bir müddətdir davam edən küçə ticarətinə qarşı mübarizə tədbirləri davam etdirilib. Yenilik.az xəbər verir ki, bu zaman çox qəribə bir hadisə baş verib. Mübarizəyə rəhbərlik edən məmur alma yeşiyini dükanın içərisinə aparmaq istəyən şəxsi saxlayaraq :Hara aparırsan onu, vətəndaşın piyada səkisində satırsansa, bu sənin deyil, ora da aparma səndən xahiş edirəm, bu yana keç, belə çevir, bax bura qoy" deyərək özləri ilə gətirdikləri yük avtomobilini göstərərək əlavə edib ki, "xahiş edirəm özün apar, zəhmət olmasa özün apar". Vətəndaş isə əmrə tabe olaraq alma dolu yeşiyi aparıb göstərilən yük avtomobilinin yanında yerə qoyub, sonra isə həmin məmur başqa bir şəxslə birlikdə yeşiyi maşının yük yerinə qoyub. Bu video sosial şəbəkə izləyiciləri arasında müzakirələ səbəb olub. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.