Deputatın şirkətinə 5,5 milyonluq “dövlət yağışı”: “EMBAWOOD”un tender dosyesi
2025-ci il "EMBAWOOD” MMC üçün sadəcə uğurlu biznes ili yox, dövlət büdcəsi hesabına qurulmuş milyonluq sıçrayış ili olub...
Rəsmi e-tender.gov.az portalının məlumatları göstərir ki, şirkət təkcə bir il ərzində 13 tender udaraq 5,5 milyon manata yaxın dövlət vəsaitini cəmləyib.
Ən diqqətçəkən məqam isə bu tenderlərin hansı qurumlar tərəfindən verilməsidir.
İlin ən iri sifarişlərindən biri Prezident yanında Ali Attestasiya Komissiyasından gəlib 1 milyon 791 min manat. Bunun ardınca başqa bir dövlət qurumu faktiki olaraq şirkətin "daimi müştərisinə” çevrilib: təkcə bir tenderlə 1 milyon 300 min manat, daha iki ayrı tenderlə isə 827 min manat və 745 min manat "EMBAWOOD”un hesabına köçürülüb.

Siyahı bununla bitmir.
Naxçıvan Dövlət Universiteti şirkətə 124 min manat, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 104 min manat, Gəncə Şəhər Birləşmiş Xəstəxanası 119 min manat, Naxçıvan Şəhər Təhsil Şöbəsi 82 min manat, Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi qurumları 67 min manat ödəyib. Hətta Konstitusiya Məhkəməsi belə "EMBAWOOD”a büdcədən vəsait ayıran qurumlar siyahısına düşüb.

Üstəlik, 26 194,82 AZN-lik payı ilə Tibb Müəssisələrinin Akkreditasiyası Mərkəzi də "çorbada mənim də duzum olsun” deyib.
Bir il. Bir şirkət. Onlarla dövlət qurumu. 5,5 milyon manata yaxın büdcə pulu.
Bu mənzərə artıq sadəcə "uğurlu biznes” təsiri bağışlamır — bu, dövlət satınalmaları bazarında sistemli şəkildə açılmış xüsusi yol görüntüsüdür.
Məsələ ondadır ki, "EMBAWOOD” MMC mediada dəfələrlə Milli Məclisin deputatı Məşhur Məmmədovla əlaqəli şirkət kimi təqdim olunub. Yəni söhbət sıradan bir sahibkardan yox, deputata bağlı olduğu iddia edilən biznes strukturundan gedir. Elə Məşhur Məmmədovun tərcümeyi-halında da şirkətin təsisçisi olduğu yazılıb. Qanunvericilik icazə vermədiyi üçün deputat olandan sonra şirkətlə rəsmi əlaqəsinin kəsildiyi də dəfələrlə açıqlanıb.
Bu halda sual artıq tenderlərin texniki tərəfi deyil. Sual budur:
Deputatın təsisçisi olduğu şirkətin demək olar ki, bütün strateji dövlət qurumlarından milyonluq sifarişlər alması təsadüfdürmü?
Əgər bütün bunlar sadəcə "uğurlu biznes fəaliyyəti”dirsə və burada heç bir qeyri-adi məqam yoxdursa, onda ortaya çox sadə, amma cavabı ağır olan suallar çıxır.
Niyə onlarla dövlət qurumu, fərqli sahələr, fərqli ehtiyaclar və fərqli büdcələr olmasına baxmayaraq, dönə-dönə eyni şirkəti seçir? Necə olur ki, milyonluq müqavilələr demək olar, növbə ilə və fasiləsiz şəkildə eyni ünvana yönəlir? Və ən əsası niyə bu bazarda fəaliyyət göstərən onlarla başqa şirkət bu miqyasda görünmür, bu tenderlərin "yaxınlığına” belə düşə bilmir?
Əgər tender sistemi həqiqətən açıq, rəqabətli və bərabər imkanlara əsaslanırsa, onda uğur da paylanmalı, bazar da paylaşılmalı, qaliblər də dəyişməlidir. Amma ortada tam əksi görünür: sabit qalib, dəyişməyən ünvan və axan milyonlar.
Bu mənzərə artıq ayrı-ayrı tenderlərin texniki detalları ilə izah oluna bilməz. Bu, artıq etik problem də deyil. Bu, birbaşa dövlət idarəçiliyinin keyfiyyəti, satınalma sisteminin etibarlılığı və büdcə vəsaitlərinin necə bölüşdürüldüyü məsələsidir.
Çünki söhbət 5,5 milyon manatdan getmir.
Söhbət sistemdən gedir.
Söhbət prinsipdən gedir.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi olub
Sumqayıt Tibb Mərkəzində yeni Hemodializ şöbəsi fəaliyyətə başlayıb
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — FAKTLAR
“Hami və heç kim üçün…” – Bakıda 55 minlik özəl məktəblərdə təhsil alanlar kimlərdir? (Araşdırma)
Prezidentin rəsmi qarşılanma mərasimindən – Fotolar
Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında – FOTOLAR
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55