Qalmaqallı məmuru hansı cəza gözləyir?
Sumqayıtda küçə ticarəti ilə əlaqədar keçirilən reydlər zamanı yerli məmur Samir Bədəlovun satıcıya qarşı kobud davranması və malların müsadirə edilməsi son günlərin ən çox müzakirə olunan məsələlərindən biridir.
Məsələ ictimailəşdirildikdən, geniş müzakirələrə və tənqidlərə səbəb olduqdan sonra məmur tərəfindən götürülən malların geri qaytarıldığı açıqlanıb.
Lakin yayılan videodan göründüyü kimi, sözügedən məmurun satıcıya “Bu mal artıq sənin deyil” deməsi hüquqşünaslar tərəfindən qanun pozuntusu kimi qiymətləndirilib. Eyni zamanda, malların geri qaytarılması ilə bağlı satıcının sözlərindən başqa hər hansı rəsmi sübutun olmaması sosial şəbəkələrdə yenidən şübhə və müzakirələrə yol açıb. İddialara görə, müsadirə edilən mallar əslində sahibinə qaytarılmayıb, sadəcə, satıcıdan bunu təsdiqləməsi tələb olunub. Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında hüquqşünas Babək Umudov bildirib ki, məmurun hərəkətləri onun səlahiyyətlərini aşdığını göstərir:
“Əgər vətəndaş ticarət qaydalarını pozaraq, müvafiq icazə almadan ictimai istifadədə olan ərazilərdən yararlanmaqal qanunsuz küçə ticarəti ilə məşğul olurdusa, bu hal İnzibati Xətalar Məcəlləsinə uyğun qaydada aktlaşdırılmalı idi. Eyni zamanda vətəndaş barəsində müvafiq protokol tərtib oluna və onun qanunsuz fəaliyyəti dayandırıla bilərdi. Ancaq vətəndaşa aid malların heç bir sənədləşmə olmadan götürülməsi qanunvericiliyə ziddir. Bu hərəkətlər həmin məmurun səlahiyyətlərinin aşılması deməkdir”.
Hüquqşünasın sözlərinə görə, qanunvericiliyə əsasən, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlərin edilməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə yalnız "mühüm zərər" vurduqda cinayət məsuliyyəti yaradır:
“İndiki halda bir neçə qutu meyvənin götürülməsi vətəndaşa mühüm zərər vurulması olaraq qiymətləndirilə bilməz. Bununla belə, fikrimcə, bu cür hərəkətlərə görə həmin məmur barəsində tabe olduğu müvafiq qurum daxilində intizam icraatı başlanılmalı, müvafiq məsuliyyət tədbiri tətbiq olunmalıdır.
Məhsulların qanunsuz götürülməsindən sonra onların geri qaytarılması vətəndaş tərəfindən etiraf edilmişdir. Bu hal məmura tətbiq ediləcək intizam məsuliyyətinin ağırlığına təsir edə bilər. Ancaq məhsulların əslində qaytarılmaması, vətəndaşın təhdidlə etirafedici ifadə verməsinin təmin edilməsi yalnız bu barədə sübutlarla isbat oluna bilər. Kənar şəxslərin, şahidlərin məhsulların əslində qaytarılmadığı barədə iddiaları varsa, bu barədə hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər”.
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
Məmurdan vətəndaşa qarşı soyğunçuluq – Prezidentin tapşırığına məhəl qoyulmur - VİDEO
İcbari Tibbi Sığorta Fondunda ciddi nöqsanlar AŞKARLANDI
"Mərkəzdə olar, ucqarda olmaz?" - Sumqayıtda küçə ticarəti ilə mübarizə narazılıq yaratdı - VİDEO
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55